Safura səhnədən həyat yoldaşına görə getmədiyini açıqladı

Safura səhnədən həyat yoldaşına görə getmədiyini açıqladı"Eurovision-2010" mahnı müsabiqəsinin iştirakçısı, keçmiş müğənni Safura Əlizadə şəxsi həyatı barədə açıqlama verib.
Open.a xəbər verir ki, o, sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırarkən həyat yoldaşı Fərhad Əliyev, səhnədən uzaqlaşması, həmçinin həbsdə olan atası Səlim Əlizadə barədə danışıb.
Safura qeyd edib ki, şou-biznesdən getməsinin səbəbkarı həyat yoldaşı deyil: "Səhnədən öz istəyimlə uzaqlaşmışam. Ailə həyatı qurmuşdum, həyatımın yeni mərhələsi idi. Övladlarıma baxdım. Oxumağa zamanım belə yox idi. Bu səbəbdən belə qərara gəldim. Yoldaşım səhnə qadağası qoymayıb. Darıxıram, bu, normal bir durumdur. Səhnədən uzaqlaşan hər kəs belə edir. Onsuz da getməmişəm, fəaliyyətimi dayandırmışam. Mən işləməyi sevən insanam, 16 yaşımdan səhnədəyəm".
Daha sonra o, iş adamı F. Əliyevlə arasında olan yaş fərqindən söhbət açıb: "Həyat yoldaşımla Bodrumda tanış olmuşam. Konsertlə bağlı oraya getmişdim. Aramızda 13 yaş fərq var, bu fərq məni narahat etmir. Bir-birimizi çox yaxşı başa düşürük. Özümü xoşbəxt hesab edirəm. Bunu insan tənzimləyir. Özün öz xoşbəxtliyini yaradırsan. Şəxsi həyatımda ən böyük uğurum ana olmaqdır. Amma sənətimdə Azərbaycanı "Eurovision"da təmsil etməyimdir".
Safura səhnədən həyat yoldaşına görə getmədiyini açıqladıBundan əlavə, Safura vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilən və hazırda ev dustaqlığında olan atası, Xarici İşlər Nazirliyinin İşlər idarəsinin Təsərrüfat şöbəsinin sabiq müdiri Səlim Əlizadə barədə də qısa danışıb:
"Atamı çox istəyirəm, mənim hər şeyimdir. Ən yaxın dostum o olub. Hazırda anam yanımdadır, İstanbuldadır". qafqazinfo /open.az

Şou Biznes     Baxılıb: 1951   Tarix: 18 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

.

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

.

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

turlar.az

qis geyimləri 2026 qaşların formalari sade makiyaj sekilleri roya ayxan sepgilere qarsi maska lobya tursusu baliq yagi kosmetika efsaneler qz eviyçun hakışta vusale elizade muellim seiri nizami gəncəvi