Şagirdi ilə evlənən azərbaycanlı məşhur: "Dedilər, xeyri yoxdur, qızı boşayacaq" - FOTO

Şagirdi ilə evlənən azərbaycanlı məşhur: "Dedilər, xeyri yoxdur, qızı boşayacaq" - FOTOŞair ömrü sevgilərdən yoğrulur. Onların həyatı başqalarından fərqlənir. Tanınmış şair Musa Yaqubla birgə onun sevgi dünyasına baş vurduq. İlk sevgisini hələ də unuda bilməyən, xatırlayanda doluxsunan şairi söhbətə çəkdik.

Musa Yaqub sevgi hekayətini Milli.Az-a danişdi.

- Üstündən 55 il keçib, bir igidin ömrüdür, toyunuzu xatırlayırsınız?

- O günü xatırlamaq mümkün deyil. İndiki kimi yadımdadır, həyətdə mağar qurmuşduq, gecəyarısı leysan yağdı, mağar uçdu. Onda da şəhərdən toya çoxlu qonaqlar gəlmişdi. Hamısı dedi ki, bu yağışla toy olmayacaq. Çox dilxor oldum, amma tezdən duranda gördük ki, bir gün çıxıb, gəl görəsən. İndi yadımdan çıxıb, amma Bakıdan oxuyanların çoxu, şairlər, yazıçılar İsmayıllıya - doğulduğum Buynuz kəndinə gəlmişdilər.

- Yağış, su aydınlıqdır, xanımınız istədiyiniz xoşbəxtliyi sizə verə bildimi?

- 46 il bir yerdə yaşadıq. Hamı bilir ki, şair xanımı olmaq çox çətindir. Şair öz dünyasının adamı olur, bir də görürsən aylarla özünə qapılır, heç kimlə kəlmə kəsmək istəmir. Amma o, bunu bacardı.

- Sevib evlənmişdiniz?

- Yox. O qızı mənə anam məsləhət görmüşdü. Qonşu kənddə yaşayırdılar. Tanıyırdım. Hətta o qıza dərs də demişdim. Amma anama etiraz etdim, qəlbini qırmamaq üçün dedim ki, hələ evlənmək istəmirəm.

- Niyə, sevdiyiniz qız vardı?

- İlk məhəbbətim oxa dəymişdi. Sevgi insan həyatında bircə dəfə olur. İlk məhəbbətin ağrısı zaman keçdikcə insanı ağrıdır. Mən də ilk sevginin acı badəsin dadmışdım. Elə kənardan kənara alovlanırdım. Alınmadı. Anam o qızı mənə məsləhət görəndə sevdiyim qızdan ayrıldığım vaxtdan xeyli keçmişdi, amma ürəyim heç kimə yatmırdı.

- Onda neçə yaşınız vardı ki?

- 27.

- Bəs qızın?

- 17. Çox gənc idi. Amma mən həyatın acısını dadmışdım, zərbəsini almışdım.

- Sevdiyiniz qızla niyə alınmadı, birləşməyə nə mane oldu ki?

- Alınmadı də. Əslində, ilk sevgi nakam olur. Hələ eşitməmişəm ki, kimsə ilk sevgisinə qovuşsun. İlk sevgi çox erkən olur, evlənmək yaşında da olmursan. Mən o qızı görəndə elə bilirdim içimdə şimşək çaxır. Uçurdum sanki. Ümumiyyətlə, sevgi qədər insana güc, enerji verən ikinci bir stimul yoxdur. Ayaqların yerdən üzülür və göylərdə uçursan.

- O da sizi sevirdi?

- Bunu dəqiq bilmirdim. Çünki o vaxtlar indiki kimi deyildi, qaçıb qabağını kəsəsən, sözünü deyəsən. Qızı uzaqdan görəndə ayaqlarım titrəyirdi, yeriməyə taqətim qalmırdı.

- Ailə qurandan sonra o qızla qarşılaşdınız heç?

- Evliliyimdən üç-dörd il keçəndən sonra, bir dəfə qarşılaşdıq. Göycayda bir tədbirdə idim, o da orada idi.

- Onu görəndə içinizdə şimşək çaxdı?

- Şimşək çaxmadı, amma məni əsməcə tutdu. Tək deyildim, yanımda yoldaşlar vardı, özümü ələ ala bilmirdim. Bildim ki, içimdə o duyğular ölməyib.

- Qız ailə qurmuşdu onda?

- Əslində, o, məndən qabaq ailə qurmuşdu. Mən üstündən xeyli vaxt keçəndən sonra evləndim.

- Xanımınız bilirdi ki, əvvəllər sevdiyiniz qız olub?

- Yəqin ki bilirdi hər halda kənd yeriydi, eşitməmiş olmazdı. Amma neçə il bərabər ömür sürdük, bir dəfə də olsun bu barədə nə soruşmadı, nə də üzümə vurmadı. Mən o vaxt bir şeir yazmışdım. Yadıma sala bilmirəm, amma təxminən belə idi: "Boğazdan keçməyən bir tikə kimi atmaram səni". O vaxt bu şeirim "Ulduz" jurnalında dərc ediləndə çox böyük səs-küyə səbəb oldu. Famil Mehdi bu şeirə görə mənə irad tutdu. "Ulduz" jurnalının redaksiyasına gedəndə əməkdaşlara deyib ki, bu şeiri nahaq çap etmisiniz, çünki qadını alçaldan misralardır. Bunu mənə başqaları çatdırdılar. Mən ürəyimdə onunla razılaşsam da, dildə etiraf etmədim. Cavan idim, çox dərinə getmədim. Amma zaman keçdi, müdrikləşdim, bu şeiri çap etdirdiyimə görə, həqiqtən də, çox peşman oldum. Fikirləşdim ki, yazsam da, nahaq çap etdirdim.

- Əslində, ünvanlı şeir idi?

- Əlbəttə, ünvanlı idi. Bu şeiri təzə evləndiyim vaxtda yazmışdım. Elə kəndimizdə böyük söz-söhbətə səbəb oldu. Bəzi adamlar danışırdılar ki, Musa evlənsə də, xeyri yoxdur, sonradan qızı boşayacaq. Bilirdilər ki, sevdiyim qız olub, qovuşmamışam, sonradan o qız başqasına ərə gedib. Anamın məsləhəti ilə evləndiyimi də hər kəs bilirdi. Bəlkə də mən bu şeiri hisslərə qapılıb yazmışdım. Hər halda, yazsaydım da, gərək çap etdirməyəydim. O vaxt cavanlıq elədim, bəlkə də həyat yoldaşım bu şeiri oxuyub, pis olmuşdu. Ürəyində narahatlıq hissi keçirirmiş ki, vaxt gələcək, Musa məni atacaq. Yəni bir qadını bu qədər nigarançılıq içində saxlamaq, ona əzab vermək düzgün deyildi. Mən çox sonralar başa düşdüm ki, həyat yoldaşım bu şeirə görə nə qədər əzab çəkib. Şair ömrünün belə işləri də olur.

- Həyat yoldaşınız özünüzə bu şeir barədə nəsə demişdi?

- Yox deməmişdi, amma mən hiss eləyirdim ki, nəsə bilir. Qadın qəlbi həssas olur axı. Etiraf edim ki, zaman keçdi, mən o şeirə görə çox utandım.

- "Hələ ilk sevgi ilə qiyamım qalıb, Qiyamətə qədər qiyamətim var"... İlk sevginizi çox tərif etmisiniz, bəs xanımınıza necə şeir yazmısınız?

- Nə gizlədim, ilk sevgidən hələ doymamışam. Bu gün də sənə o sevgidən danışıramsa, o sevgini xatırlayıramsa, demək, mənimlədir. Ümumiyyətlə, ilklər heç vaxt unudulmur. Kimdən soruşursan soruş, ilk sevgi heç vaxt yaddan çıxmır. Xanımıma da şeir yazmışam, amma indi yadımda qalmayıb.

- Musa müəllim, indiki cavanlar bir ay görməyəndə sevdiyi qızı unudur, sevgi hissləri niyə bu qədər adiləşib?

- Ürək elə həmin ürəkdir, sevən sevir. Amma bu telefonlar, texnika cavanların duyğularını da robotlaşdırıb. Bizim vaxtımızda bu kənddən o kəndə sevdiyimiz qızı görməyə gedərdik. Qar-yağış, boran-şaxta, qorxu-hürkü bilməzdik, gözümüzü qan örtərdi, sevgimizə görə ölümə getməyə hazır idik. Qızı uzaqdan görəndə həyəcandan əsim-əsim əsərdik. Oğlanlar sevgililərinə məktub yazardılar, həsrətlə o məktubun cavabını gözləyərdilər. İndi darıxmağa macal da qalmır. Telefonla məktublaşırlar, nə hiss qalır, nə də həyəcan. İnsan insan üçün darıxmalıdır, həsrətini çəkməlidir. Onuna birdən yazır ki, səni sevirəm. Sevgi ürəyə yazılır, oradan da qana-cana hopur.

- Həyat yoldaşınız dünyasını dəyişəndən sonra həyatınızda nə dəyişdi?

- Qadınsız həyat çox çətindir. O, mənə yalnız həyat yoldaşı deyildi, həm də dost, sirdaş idi. Uşaq kimi nazımı çəkirdi. Ağrılarımı mənimlə bərabər yaşayırdı. Onsuz mənə çox çətindir. Hərdən fikirləşirəm və çox pis oluram. Bəzi məqamlarda onu incitdiyimə görə əzab çəkirəm.

- İndi sevgi şeirləri yazırsınız?

- Şeirlərim boya-başa çatdığım Buynuz kəndində doğulur. Xatirələrimin beşiyi oradır axı. Demək olar ki, bütün yayı orada keçirirəm. Gedəndə yadıma keçmiş günlər düşür, xatirələrim məni silkələyir, şeirlər doğulur o xatirələrdən. Məni yaşadan yazılarımdır. Amma son vaxtlar səhhətimlə əlaqədar halım yaxşı olmur. Şeir yazanda çox həyəcanlı oluram. O dərəcədə ki, təzyiqim yüksəlir. Elə bilirəm bu an mənə nəsə olacaq.milli.az

Xəbərlər     Baxılıb: 2723   Tarix: 02 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Mikroplastiklər içkilərdə gizli təhlükə? Şüşə qablar üstünlükdür, amma

Fransa Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmaya görə, şüşə qablar ilə müqayisədə, plastik və ya dəmir qablarda saxlanılan su, soda, pivə və şərab kimi içkilərdə mikroplastik hissəciklərin səviyyəsi xeyli yüksəkdir

.

Yayda makiyajın uzun müddət qalması üçün bu sirləri bilməlisiz

akiyajın gün ərzində axmaması və pozulmaması üçün düzgün tətbiq və baxım üsulları çox önəmlidir. Xüsusilə yay aylarında istilik və nəmlik səbəbindən makiyajın qalıcı olması daha da çətinləşir. xəbər verir ki, mütəxəssislə

.

Nəm salfetlər təhlükəlidirmi?

Hazırda məişətdə, işdə hər yerdə ən geniş şəkildə istifadə etdiyimiz təmizləyici vasitə nəm salfetlərdir. Gözəl qoxuya sahib olan bu salfetləri alır, ondan müxtəlif məqsədlər üçün istifadə edilir. . Həkim Pərvanə Mustafayev

.

Dərinin qocalmasını ləngidən vitamin açıqlandı

Yapon tədqiqatçıları C vitamininin dərinin qocalmasını necə ləngidə biləcəyini kəşf ediblər: o, genetik mexanizmlərə təsir edərək dəri hüceyrələrinin böyüməsi və yenilənməsinə cavabdeh olan genləri aktivləşdirir. . -a istinadə

.

Kimlərə yumurta yemək olmaz?

Yumurta çox faydalı qida olsa da, bəzi insanlar üçün sağlamlıq baxımından riskli ola bilər. Aşağıdakı hallarda yumurta yemək məsləhət görülmür və ya ciddi nəzarətlə qəbul edilməlidir:. Yumurta allergiyası olanlar. Ən ço

.

Bu meyvə virusun düşmənidir, mədənin isə

Əncir mədə və bağırsaq üçün tapıntı hesab olunur.  istinadən xəbər verir ki, əncirin qabığı həzm sistemindəki faydalı bakteriyalar üçün əla qida mənbəyidir. O, antiseptik xüsusiyyətlərə malikdir və zərərli mikroorqanizmləri

.

Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür

Azərbaycanda bir yaşadək uşaqlar arasında ölüm halları azalıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə 1420 körpə həyatını itirib. Belə ki, 2023-cü ildə bu rəqəm 2039 olub. Ötən il körpələ

.

"Sancı hiss etmədən də infarkt keçirmək olur" - Həkimdən xəbərdarlıq

İnfarkt yalnız sinə ağrısı ilə deyil, bel ağrısı, nəfəs darlığı, ürəkbulanma və tərləmə kimi əlamətlərlə də özünü göstərə bilər. xəbər verir ki, Yeditepe Universiteti Koşuyolu Xəstəxanasının kardioloqu dosent Mehmet Fati

.

Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?

Albalı-qırmızı dodaq boyası  dodaqlarda zərif və cazibədar bir vurğudur. -a istinadən xəbər verir ki, istər mat, istər parlaq, istər yetkinləşməmiş albalı, istərsə də çox yetişmiş meyvə tonlarında olsun - bu rəng yay obrazların

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim dəbləri qadin dunyasi yay kolleksiyasi seks pozasi makiyaj sirləri qrip xəstəliyi öpüşmək qaydası baldiz xerceng tapmaca dolça səməd vurğun