Sağlam olmaq istəyən təzə fındıq yesin. Faydaları

Sağlam olmaq istəyən təzə fındıq yesin. FaydalarıFındıq bir çox faydalı maddələrlə zəngindir. Onun tərkibində polidoymamış yağlı turşular, vitaminlər (xüsusilə B qrupu, E), müxtəlif makro və mikroelementlər (marqan, mis, maqnezium, fosfor, sink, kalium və s.), aminturşuları, zülallar, fitosterollar və s. var.
Mütəxəssislər təzə fındığı ən faydalı hesab edir ki, onun tərkibində olan qiymətli maddələrin miqdarı daha çoxdur.
Saglamolun.az sizə fındığın faydalarını təqdim edir:
1. Yağlı turşularla zəngin olduğundan fındıq ürək və damarların sağlamlığını qoruyur, xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun qarşısını alır.   
2. Fındığın tərkibində olan fitosterol birləşmələri onu qadın orqanizmi üçün çox faydalı edir. Fitosterollar  qadın cinsiyyət sisteminin sağlamlığını qoruyur, pozulmaların riskini azaldır.
3. Fındıq sinir sistemi üçün çox faydalıdır - sakitləşdirir, stressi azaldır.
4. Fındıq ən güclü antioksidantlardan biri olan E vitamini ilə çox zəngindir. Bu vitamin orqanizmdə gedən qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin riskini azaldır.
5. Fındıq qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır.
6.  Fındıq immun sistemini möhkəmləndirir, orqanizmin tonusunu qaldırır.
7. Fındıq varikoz xəstəliyi və tromboflebit (damarların iltihabı) zamanı faydalıdır.
8. Babasilin inkişafının riskini azaldır.
9. Sinklə zəngin olduğundan kişi reproduktiv sistemi üçün çox faydalıdır, prostat vəzi xəstəliklərinin riskini azaldır.
10. Onkoloji xəstəliklərinin riskini azaldır.
Fındıq çox kalorili məhsuldur. 100 qr fındığın tərkibində 700 qədər kkal var. Həmçinin fındığın çoxlu miqdrada istehlakı qarında ağırlıq, köp, həzmin pozulması kimi simptomların əmələ gəlməsinə səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər gün ərzində ən çoxu 1 ovuc fındıq yeməyi tövsiyə edirlər. 
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1091   Tarix: 22 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qadın geyimi donlar 2026 yay geyimləri 2026 kicik biznes qurmagin yollari yuxusuzluq cavanlaşdırıcı maskalar atalar sozleri ve meseller kosmetika ziyafet geyimleri laylalar səməd vurğun həmidə hamilelik