Sağlam ürək üçün həftəlik MENYU
Beynəlxalq alimlər qrupu ürək və qan damarları üçün ən yaxşı pəhrizi açıqlayıblar.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunun üçün tədqiqatçılar 80 ölkədən 245 min insanın qida rejimini müqayisə ediblər.
Nəticədə həftəlik menyu üçün 5 sadə qayda müəyyən edilib:
1. Hər yeməkdə tərəvəz və ya meyvələr olmalıdır.
Ürək üçün ən faydalısı: nar, banan, xurma, pomidor, balqabaq, soğan, bolqar bibəridir.
2. Gündə iki dəfə süd məhsulları yemək lazımdır.
Bu məhsulların tərkibindəki kalsium və kalium hipertoniyadan qoruyur.
3. Gündə bir dəfə çərəz yeyilməlidir.
Qoz, badam, fındıq, şam fıstığı və püstə ən yaxşı seçim ola bilər.
Onlar qan təzyiqini normallaşdırır, xolesterol səviyyəsini azaldır və qan damarlarının divarlarının elastikliyini artırır.
4. Həftədə üç-dörd dəfə qarnir olaraq paxlalıları seçmək lazımdır.
Onlar xolesterol səviyyəsini normallaşdırır və sərbəst radikalların təsirindən qoruyurlar.
5. Həftədə ən azı iki dəfə balıq yeməlisiniz.
Omeqa-3 doymamış yağ turşuları tromboz riskini azaldır və qan axınını yaxşılaşdırır.
Əsas məsələ odur ki, balıq qızardılmamalıdır. Balığı sobada və ya buxarda bişirə bilərsiniz.
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?