Sağlamlığa ən az ziyan vuran çörək BUDUR
Mütəxəssislərin fikrincə, tamamilə zərərli olan yeganə bir çörək növü yoxdur, lakin sağlamlığa ən az zərər vuran çörək ağ undan hazırlanan çörəkdir.
Milli.Az xəbər verir ki, bunu endokrinoloq Viktoriya Sadovskaya deyib.
O bildirib ki, çörəyin insan orqanizminə təsiri onun tərkibindən, inqrediyentlərin keyfiyyətindən, həmçinin onu istehlak edən şəxsin fərdi sağlamlıq xüsusiyyətlərindən və yeyilən məhsulun miqdarından asılıdır.
Həkimin sözlərinə görə, ağ unun istehsalı zamanı taxıldan kəpək və rüşeym hissəsi çıxarılır. Bu səbəbdən ondan hazırlanan çörəyin tərkibində lif, vitamin və mikroelementlər demək olar ki, qalmır. Belə çörək uzunmüddətli toxluq hissi yaratmır və bu da normadan artıq yeməyə səbəb ola bilər. Bundan əlavə, endokrinoloq qeyd edib ki, qıcıqlanmış bağırsaq sindromu olan insanlarda ağ undan hazırlanan məhsullar qarın köpünə və həzm problemlərinə yol aça bilər.
Çörəkbişirmə Sənayesi Elmi-Tədqiqat İnstitutunun direktor müavini Olesya Savkina isə böyrək, qaraciyər və digər sağlamlıq problemləri olan xəstələrin tərkibində yüksək zülal olan çörəklərdən istifadə edərkən diqqətli olmalı olduqlarını vurğulayıb. /Publika.az
Milli.Az









Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO