Sağlamlığınızın düşüncələrinizlə əlaqəsi olduğunu bilirdinizmi?

Sağlamlığınızın düşüncələrinizlə əlaqəsi olduğunu bilirdinizmi?Sərqdə belə bir məsəl var: "İnsanın düşməni onun pis fikirləridir".
Qədim zamanlarda Həkimlərin fəaliyyəti barədə İbn Sina öz qeydlərində belə yazmışdır. "Həkim xəstəni 3 yolla müalicə edə bilər. Sözlər, bitkilər və bıçaq".
İbn Sinanın müalicə barədə yazdıqlarına diqqət yetirsəniz görərsiniz ki, sözlər birinci yerdə durur. Yəni müalicə zamanı xəstəyə deyilmiş sözün onun sağalmasında böyük rolu var.
Paris şəhərinin hospitallarından birinin cavan psixoloqu Emili Ki öz xəstələrinə gündə 3 dəfə hər dəfə isə 10 dəfə aşağıdakı sözləri təkrarlamağı xahiş etmişdir. " Mən günü - gündən özümü daha da gümrah hiss edirəm". Onlar əvvəlcə bu sözü mexaniki şəkildə təkrarlamışlar. Sonra isə cavan psixoloq öz xəstələrindən bu sözləri deyən zaman özlərinin yaxı olması barədə düşünmələrini xahiş etmişdir. Bir ay sonra xəstələrin sağalmalarında olan artımı hiss edən psixoloq bu vasitəni bütün Fransa xəstəxanalarında tətəbiq etməyə başlamışdır.
Maraqlı da olsa hətta ağır xəstələrin sağalması faktı artdıqca psixoloqun bu üsulundan ölkədə geniş istifadə edilməyə başlanmışdır. Eksperimentin nəticəsi olaraq hətta bəzi cərrahi xəstələrin də əməliyyatdan azad olunması faktı özünü göstərdiyindən sözün insan sağlamlığına təsiri faktı öz təsdiqini tapmışdır.
Qədim dövrlərdə yaşamış alim Parasels də sözin, inamın və ümidin insan sağlamlığlna təsiri barədə çoxlu məqalələr yazıb qoymuşdur.
Bizim sağlamlığımız birbaşa düşüncələrimizlə əlaqədardır. Heç kim fiziki halımızın psixoloji vəziyyətimizlə əlaqəli olduğunu dana bilməz. Xəstəliklərdən və infeksiyalardan xilas olmağın ən yaxşı rolu isə öz sağlamlığına olan yaxşı emosiya, möhkəm ümid və inamdır. Bu barədə bir çox psixoloqlar da öz yazılarında qeyd edirlər. Onların əksəriyyətinin qeydlərində mənfi fikirlərin insan sağlamlığına pis təsir elədiyi qeyd edilir. Məsələn, son illərdə mədə-bağırsaq, mədəaltı vəz, qaraciyər və öd kisəsi xəstəliklərinin əksər hallarda psixoloji gərginılik keçirən adamlarda baş verdiyi söylənilir.
Psixologiyanın əsas qanunlarından birində sevginin, yaxşı emosiyaların və xoş təəssüratlarla yaşamağın insan səhhətinə çox faydası olduğu qeyd edilir.
Aqillər demişkən:  Həyatdan nə qədər zövq alaraq yaşasan, yaşamaq sənə ağır gəlməz". Yaxşı düşün, qarşına yaxşı şeylər çıxsın.
Bu səbəblərdən də sizin bu andan etibarəın yalnız yaxşı şeylər barədə düşünməyinizi ümid edirəm. Çünki gələcəyə yaxşı ümidlər bəsləyən insanın həyatı da yaxşı olar. Buna görə də boş şeylərlə özünüzü yorub, beyninizi yükləməyin.
Milli.Az

Xəbərlər     Baxılıb: 1106   Tarix: 09 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Soğanın faydaları: Hər gün istifadə etməyiniz üçün 7 vacib səbəb

Mətbəxlərin əvəzolunmaz məhsullarından biri olan soğan təkcə yeməklərə dad vermir, həm də sağlamlıq üçün çoxsaylı faydaları ilə seçilir. xəbər verir ki, tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində soğa

.

Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik?

"Kosmetik məhsulların düzgün seçilməsi və istifadəsi insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd

.

Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb

Bəzi insanların ağcaqanadların hədəfinə digərlərindən daha tez çevrilməsinin səbəbləri açıqlanıb. xəbər verir ki, rusiyalı mütəxəssis Nikolay Durmanov bildirib ki, bu, əsasən insan orqanizminin yaydığı qoxular, bədən istiliy

.

Şaftalının faydaları nələrdir, neçə kaloridir?

Şaftalı vitamin, mineral və antioksidant tərkibi ilə ümumi sağlamlığı dəstəkləyən, həzm sistemini rahatlaşdıran və immuniteti gücləndirməyə kömək edən yay mövsümünə xas lifli bir meyvədir. Aşağı kalorili quruluşu və yüksə

.

Tər çox güclü dərman imiş

Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər. -a istinadə

.

40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test

Kardioloqlar bildirirlər ki, ürəyin işemik xəstəliyi qadınlar arasında süd vəzi xərçəngindən təxminən iki dəfə çox ölümə səbəb olur. xarici mediaya istinadən xəbər verir ki, buna baxmayaraq, bir çox qadın ilk xəbərdaredic

.

Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir

Boğaz ağrısı daha çox qış aylarında rast gəldiyimiz bir sağlamlıq problemi kimi görünsə də, kondisioner və ya ventilyator qarşısında uzun müddət qalmaq, yaş saçla gəzmək və çox soyuq su içmək kimi bəzi səbəblər yay aylarınd

.

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

.

Pesketaryen qidalanma nədir? Faydaları nələrdir?

Pesketaryen qidalanma qırmızı ət və quş ətinin istifadə olunmadığı, balıq və bitki mənşəli qidaların əsas götürüldüyü bir qidalanma modelidir. Zülal ehtiyacı böyük ölçüdə dəniz məhsulları və bitki mənşəli qaynaqlardan qarşılanır

turlar.az

sac duzumleri geyim və ayaqqabılar adlarin menasi şef master arıqlamaq cennet almasindan murebbe payiz geyimleri kosmetika babasil qaynanaya aid efsane xanim az usaq seirleri