Şakira Pikenin xəyanətindən sonra danışdı: 'Bu bəladan qurtulacağımı düşünürəm
Pikenin aldatdığı Şakira xəyanətdən aylar sonra səssizliyini pozub.
azxeber.com xarici mediaya istinadən xəbər verir ki, "Barselona"nın futbolçusu Pike və məşhur müğənni Şakira xəyanət iddialarından sonra 12 illik münasibətlərinə son qoyub. Məşhur müğənni xəyanətdən sonra ilk dəfə danışıb. Gözəl müğənni həyatının ən çətin dövrünü yaşadığını bildirib.
Şakira açıqlamasında "Yollarımızı ayırdığımızı təsdiqlədiyimiz üçün təəssüflənirik. Birinci prioritetimiz olan övladlarımızın xatirinə şəxsi həyatımıza hörmət edilməsini gözləyirik", - deyə bildirib.
Şakiradan evliliyindəki problemlərin musiqi karyerasına necə təsir etdiyi soruşulub. O, suala belə cavab verib:
"Musiqi mənim üçün həyat xilasedicidir. Elə günlər olub ki, özümü parçalanmış hiss etmişəm və bu günlərdən ancaq musiqi ilə çıxa bilirdim. Sadəcə uşaqlarımı qucaqlayıb yataqdan qalxmaq istəmədiyim günlər olub, amma qalxıb klip çəkilişlərinə və ya studiyaya getməli oldum".
Şakira Pike ilə yaşadıqlarının pis bir yuxu kimi hiss etdiyini də deyib:
"Bəzən bütün bunların sadəcə pis bir yuxu olduğunu və nə vaxtsa oyanıb bu bəladan qurtulacağımı düşünürəm".
Ayşən









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar