Salyanda RÜSVAYÇILIQ! Kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı, qız hamilə qaldı

Salyanda RÜSVAYÇILIQ! Kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı, qız hamilə qaldıSalyan sakini kürəkəninin16 yaşlı bacısını dəfələrlə zorladı, qızın zorlamadan uşağı oldu
Zorlamada təqsirli bilinən Salyan rayon sakini, 1967-ci il təvəllüdlü Əlifağa Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xanim.az-ın teleqraf.com-a istinadən verdiyi xəbərə görə, Əlifağa Bayramov 2014-cü ilin may ayının əvvəlində, saat 11 radələrində, qızı Aygünün (cinayət işində təqsirləndirilən şəxsdən başqa digərlərinin ad və soyadlar şərti göstərilib) nişanlısı Ramal Mehdiyevin yaşadığı Bakı şəhəri Ələt qəsəbəsindəki evində tikinti işləri aparıb. Həmin vaxt evdə Ramal Mehdiyevin bacısı, 1997-ci il təvəllüdlü Samirəni görüb.
Əlifağa Bayramov Samirənin evdə tək olmasından istifadə edərək onu qonaq otağına aparıb. Orada Əlifağa Bayramov Samirəni öldürməklə hədələyib. Onu sillə ilə vuraraq yerə yıxıb. Bu zaman başı beton döşəməyə dəyən Samirə huşunu itirib və Əlifağa Bayramova müqavimət göstərə bilməyib. Bundan istifadə edən Əlifağa Bayramov Samirə ilə zorla cinsi əlaqədə olub.
Əlifağa Bayramov 2014-cü ilin may ayının axırlarında yenə də tikinti işləri aparması üçün həmin ünvanda olub. Bu zaman Əlifağa Bayramov Samirənin yataq otağında tək olmasından istifadə edib və zor tətbiq edərək ona təcavüz edib. Samirə Əlifağanın hədələrindən qorxuya düşdüyü üçün onun hərəkətləri barədə heç kəsə danışmayıb.
Samirənin susmasından istifadə edən Əlifağa Bayramov cinayətkar əməlini davam etdirib. O, 2014-cü ilin iyun ayının ortalarında Samirənin anasından icazə alaraq qızı Salyan rayonu Kürsəngi kəndindəki evlərinə aparıb. Lakin o, Samirə ilə birlikdə kəndə iki kilometr qalmış, Bakı-Salyan magistral yolunda düşüblər və Kürsəngi kəndi istiqamətində piyada getməyə başlayıblar.
Yolda ətrafda heç kim olmamasından istifadə edən Əlifağa Bayramov Samirəni öldürməklə hədələyib. Əlifağa qorxusundan müqavimət göstərə bilməyən Samirəni yolun kənarındakı kolluğa aparıb. Orada Samirənin paltarını soyunduran Əlifağa Bayramov təkrar onunla zorla cinsi əlaqədə olub. Sonra Əlifağa Bayramov bu barədə kiməsə danışacağı halda onu öldürəcəyi ilə hədələyib.
Samirə Mehdiyeva Əlifağa Bayramovdan hamilə qalıb və 9 mart 2015-ci il tarixdə oğlan övladı dünyaya gətirib.
Qızlarının hamilə qaldığını öyrənən valideynləri baş verənlərlə bağlı Qaradağ rayon Polis İdarəsinə şikayət ediblər. Şikayət əsasında Əlifağa Bayramov həbs edilib.
Əlifağa Bayramov Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 149.2.5-ci (təkrar zorlama) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlifağa Bayramov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əlifağa Bayramov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə Əlifağa Bayramovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Araşdırma zamanı məlum olub ki, Əlifağa Bayramova verilmiş ittiham düzgündür və bu səbəbdən onun şikayəti təmin edilməyib.

Xəbərlər     Baxılıb: 6602   Tarix: 05 fevral 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

turlar.az

makiyaj instagram qadın geyimi yaz geyimleri 2026 usaq otagi dizaynlari atalar sozu elm haqqinda qonag otagi dizayni dirnaq ucun maska kosmetika damla sağlamlığa aid atalar sözləri hüzeyir hacibəyov nizami gəncəvi novruza aid hakisdalar