Samiraldo: "Samirdən ayrıla bilmirdim, ona bağlanmışdım"
"Allaha yalvardım ki, məni Samir Bağırovdan ayırsın".
BiG.AZ xəbər verir ki, bu sözləri lent.az-a müğənni Samir Bağırovun ən yaxın dostu olmuş stilist Samiraldo (Samir Əliyev) deyib. O bildirib ki, bir də S.Bağırovla dostluq etməyəcək: "Mən hər zaman Samirə kömək, dayaq olurdum.
Amma sonra gördüm ki, bu insan mənim bütün yollarımı bağladı. Hər bir adama Allah tərəfindən göndərilən ruzi var. Düz 20 il bütün şansımı ruzimi ona verdim. Nə o, nə də mən bu şansdan istifadə etmədim. Ondan ayrılandan sonra hər bir işim yolunda getdi, bütün ruzim özümə qayıtdı. Axırıncı dəfə ona bir neçə dəfə zəng etdim, amma cavab vermədi.
Bu zəngdən bir müddət sonra ona yaxın bir adamdan eşitdim ki, arxamca xoşagəlməz sözlər işlədib. Bunu eşidəndən sonra qəlbim sındı. Mən dostlarımdan inciyəndə, küsəndə pis inciyirəm. Yəni silirəm, elə silirəm ki, həmin adamın adı gələndə artıq mən iyrənirəm. Günlərin bir günü mən Allaha dua etdim ki, elə eləsin, mən Samirdən uzaqlaşım. Çünki mən istəsəm də, ondan uzaqlaşa bilmirdim, ona bağlanmışdım. Ona o qədər bağlı idim ki, hər dəqiqə, hər saniyə onu fikirləşirdim. Amma indi ondan uzaqlaşdığım üçün şükür edirəm. Hazırda öz zəhmətimin bəhrəsini görürəm".
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş