Şampuna bunları əlavə edin: Saçlar qalın, möhkəm olacaq və TÖKÜLMƏYƏCƏK
Saç tökülməsi və zəif saç telləri bir çox insanın ən çox şikayət etdiyi problemlərdən biridir.
Milli.Az-ın məlumatına görə, mütəxəssislər isə bildirirlər ki, bəzi təbii əlavələrdən düzgün istifadə saçların daha qalın, möhkəm və sağlam görünməsinə kömək edə bilər.
Son vaxtlar sosial şəbəkələrdə şampuna müxtəlif təbii yağlar və vitaminlər əlavə etməklə bağlı tövsiyələr geniş yayılıb. Xüsusilə rozmarin yağı, E vitamini və aloe vera saç baxımında ən çox istifadə olunan vasitələr sırasında yer alır.
Mütəxəssislərin sözlərinə görə, şampuna bir neçə damcı Rosemary yağı əlavə etmək saç köklərinin qidalanmasına və qan dövranının sürətlənməsinə kömək edə bilər. Bu isə saçların daha güclü uzanmasına dəstək verir.
Bundan başqa, Vitamin E kapsullarının da saç baxımında faydalı olduğu bildirilir. E vitamini saç tellərinin qırılmasının qarşısını almağa və parlaqlığını artırmağa kömək edir.
Təbii Aloe vera geli isə saç dərisini nəmləndirərək quruluğun və kəpəyin azalmasına dəstək ola bilər.
Bununla yanaşı, dermatoloqlar xəbərdarlıq edir ki, hər saç tipi fərqli olduğu üçün istifadə edilən məhsullar hər kəsə eyni təsir göstərməyə bilər. Allergik reaksiya riskini azaltmaq üçün yeni qarışıqları istifadə etməzdən əvvəl kiçik bir nahiyədə yoxlama aparılması tövsiyə olunur.
Mütəxəssislər həmçinin qeyd edir ki, düzgün qidalanma, stressin azaldılması və keyfiyyətli yuxu da sağlam saçların əsas şərtlərindən hesab olunur.
Hüseyn
Milli.Az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO
"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi
Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB
Müğənni həbsxanaya göndərildi
25 il sonra yenidən "Mumiya"da - Foto
Bu dəfə serial ulduzu olacaq