Şanxayda koronavirusu neytrallaşdıran preparatın sınaqları başlayıb
Şanxayda çinli mütəxəssislər tərəfindən hazırlanan və koronavirusu anticisimlərlə neytrallaşdıran JS016 preparatının sınaqları başlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çinin dərman preparatlarına nəzarət üzrə dövlət idarəsi ÇXR Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Mikrobiologiya İnstitutu və "Shanghai Junshi Biosciences" əczaçılıq kompaniyasının birgə hazırladıqları yeni preparatın klinik sınaqlarının ilk fazasına başlamağa icazə verib.
Sınaqlar iyunun 7-də "Huşan" xəstəxanasında start götürüb. Preparat təhlükəsizliyinin və immunogenliyinin yoxlanılması, həmçinin resipiyentin orqanizmində özünü necə aparmasının test edilməsi üçün sağlam könüllülərin venasına vurulub. Hazırda sınaqlarda iştirak edən könüllülərin səhhətinin yaxşı olduğu bildirilir.
Preparat koronavirus infeksiyasından sağalan pasiyentlərin qanından alınan anticisimlərə əsaslanır. Əvvəllər meymunlar üzərində keçirilən sınaqların gedişində preparatın koronavirusun hüceyrələrə daxil olmasının qarşısını aldığı müəyyən edilib.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir