Sarı nöqtə xəstəliyi nədir?

Sarı nöqtə xəstəliyi nədir?Göz xəstəlikləri arasında müşahidə edilənlərdən biri sarı nöqtə xəstəliyidir.
İmmunitet.az xəbər verir ki, Türkiyənin Düzcə Universitetinin Səhiyyə Tətbiq və Araşdırma Mərkəzi Göz Xəstəlikləri bölməsinin sədri, professor həkim Murad Qaya xəstəlik barədə açıqlamalar edib. Onun sözlərinə görə, gözün, görməni təmin edən qisminin pozulması ilə meydana çıxan bu xəstəlik adətən 55 yaşdan sonra daha çox təsadüf edilir. Toksik maddəyə daha çox məruz qalan insanlarda isə daha erkən yaşlarda görülə bilər. Yaşlılıq xəstəliyi olaraq da adlandırılan sarı nöqtə problemi xroniki xarakter daşıyır və gizli olaraq irəliləyir.
Həkim xəstəliyin növlərindən də bəhs edib:
"Bu xəstəlik bir və ya iki gözdə də yarana bilər. Quru və yaş olaraq iki tipə ayrılır.
Rəngləri solğun, bulanıq, düzgün xətləri dalğalı görmək yaş formasının əsas əlamətləridir.
Rənglərin az parlaq olması, dumanlı görmək isə quru tip formasının göstəricilərindəndir".
Mütəxəssis, müalicə ilə xəstəlikdən xilas olmağın mümkün olduğunu, adətən müalicələrin 1-3 il davam etdiyini qeyd edib.
Qeyd edək ki, bu xəstəlik gec anlaşıldığı zaman edilən müalicələrin effekti olmur.
"Əgər ciddi yanaşılmassa görmə qabiliyyəti tamamilə itə bilər. Damarlar qurusa, yad mayelər toplusu yaranarsa, belə xəstələrə nə etsək də fayda verməyə bilər",-deyə Qaya vurğulayıb.
Bunun üçün həkim, tez-tez göz müayinələrə getməyin vacibliyini vurğulayıb:
"Ev şəraitində də görməni yoxlamaq mümkündür. İnsanlar öncə bir, sonra isə digər gözünü bağlayaraq test edə bilərlər. Həm uzaq, həm də yaxın üçün bunu yoxlasınlar. Əgər görmə zəifliyi varsa, düz xətt formasında çəpləşmələr yaranarsa bu, xəstəliyin ilkin əlaməti ola bilər. Bu zaman dərhal oftalmoloqa müraciət etməlidirlər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1569   Tarix: 02 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim necə seçməli qis geyimləri 2026 toy makiyaji sekilleri azerbaycan xalq mahnilari adlari pnevmoniya xesteliyi gül buketləri metbex kosmetika qizlar hakista sozler balıq vətənə aid atalar sözləri aydin sani