Sarıkökün ürək çatışmazlığına faydası var?
Nebraska Universitetindən amerikalı alimlərin apardığı araşdırma sarıkökün ürək sağlamlığı üçün faydalı ola biləcəyini sübut edib.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, məşhur ədviyyatın əsas komponenti olan kurkumin əzələlərdə oksidləşdirici stresslə mübarizə edən Nrf2 geninin fəaliyyətini stimullaşdırır. Bu maddənin ürək çatışmazlığına təsiri siçanlar üzərində eksperimentlərdə yoxlanılıb.
Siçanların dərilərinə kiçik dozalarda kurkumin vuran xüsusi nasos yerləşdirilib.
Ürək çatışmazlığı olan heyvanlarda sarıkökün təsirindən beş ay sonra ürək əzələsinin işində nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb. Gəmiricilər daha uzun məsafələrə qaçmağa başlayıb və onların qaçış sürəti artıb.
Əhəmiyyətli odur ki, ürək çatışmazlığından əziyyət çəkməyən və sarıkök verilən nəzarət qrupundakı heyvanlar ürək dözümlülüyündə oxşar irəliləyişlər göstəriblər, onların da qaçış məsafəsi artıb.
Xatırladaq ki, əvvəlki tədqiqatlar da göstərir ki, kurkumin orqanizmə iltihabla mübarizə aparmağa kömək edir, həmçinin korluq və demensiyadan qoruyur.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi