"Satıb pulunu öz aramızda böldük" - Kef üçün oğurluq edən şəxs saxlanıldı - VİDEO
Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Mahmudlu kənd sakini 27 yaşlı Ovçu Hüseynov saxlanılıb.
Xanim.az xəbər verir ki, həmin şəxs rayonun müxtəlif kəndlərində mal-qara oğurluğunda şübhəli bilinir.
Əməllərini etiraf edən Ovçu Hüseynov oğurluq mal-qaranın pulunu kef məclislərinə xərclədiyini də deyib.
Ovçu Hüseynov - Saxlanılan şəxs: "Keçilidən Seyufəlidən, Çaparlıdan və Cəfər Cabbarlı kəndlərindən mal-qara oğurladıq. Həmin heyvanları Tovuz və Bərdə bazarlarında satıb pulunu öz aramızda böldük".
Xatırladaq ki, Ovçu Hüseynovun ovçu yoldaşları 23 yaşlı Hacıağa Abbasov, 24 yaşlı Məmməd Məmmədov və 20 yaşlı Ruslan İsmayılov bir neçə gün əvvəl saxlanılıb.
İlkin araşdırmalar zamanı dəstə üzvlərinin müxtəlif yaşayış məntəqələrindən ayrı-ayrı şəxslərə məxsus 2 iri buynuzlu və 24 xırdabuynuzlu davarı oğurlaması müəyyən edilib.
Hazırda dəstənin digər cinayətlərdə iştirakı araşdırılır.
mənbə: ARB
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir