Satışda olan duzlardakı təhlükəli maddə - Orqanizmi necə məhv edir?

Satışda olan duzlardakı təhlükəli maddə - Orqanizmi necə məhv edir?Ferrosianid kaliy - E535, E 536 qida sənayesində istifadə olunan zərərli kimyəvi madədlərdən, əlavələrdən biridir. Artıq çox ölkələrdən ona qadağa qoyulub.
Daha çox süfrə, xörək duzlarına duzun narın qalması, rütubətdən yapışmaması üçün qatılır. Həmçinin duzun ağappaq olmasını təmin edir. Əslində isə natural duz bir qədər ağımtıl-sarı olmalıdır.
Bu maddənin Azərbaycanda satışda olan duzlarda olub-olmamasını araşdırdıq. Marketdə satışda olan 99% duzlarda - yerli və rusiya istehsalı qablaşdırmaların hamısında bu maddə qeyd olunmuşdu, baxmayaraq ki, doza 0,01% göstərilmişdi, yəni o qədər azdır ki, ziyanı yoxdur. Təkcə Naxçıvan duzu altında buraxılan yodlu duz qutusunda bu maddə əks olunmamışdı. Görünür bu duz iri sənaye müəssisəsində istehsal olunmur və istehsalçıya bu maddəni istifadə etmək sərfəli deyil. Hər halda kiçik istehsalatda buraxılan duzların da tərkibinin araşdırılması vacibdir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu maddə sarımtıl kristal tozdur, o qaz zavodlarında qazın təmizlənməsi zamanı sintez olunur. Adından məlumdur ki, tərkibində sianist birləşmələr var.
Bu zərərli maddənin insana mənfi təsirləri:
-Mədə-bağırsaq selikli qişa zədələnməsi, pozulmalar
-Qaraciyər toksikləşməsi
-Dəri xəstəlikləri - akne, dermatit, allergiya
-ƏSəb sisteminə təsir
-Limfa sistemin işinə təsir
-Orqanizmin intoksikasiyası
-Hamilə qadınların belə duzdan istifadəsi döl üçün zərərlidir
Əslində toz halında ferrosianid kaliy çox zəif təsirlidir. Amma su ilə təmasdan sonra ondan zəhərli qazlar ayrılır. Bu isə bağırsaqlarda spazmlara səbəb olur. Bu emulsiyanın mədə şirəsi ilə reaksiyası isə daha təhlükəli - sinil turşusu yaradır. Xüsusən yemək 50-60 dərəcədə bişiriləndə, qaynayanda və qızdırılanda bu yeməyə səpilən duz istiliyin təsirindən sinil turşusu birləşməsi sintez edir.
Körpə uşaqların hələ formalaşmamış sinir-əsəb, mədə-bağırsaq sistemi üçün bu duzlar çox zərərlidir.
Vicdanlı istehsalçılar qutuda etiketdə duzun tərkibində E 536-nın olmasını və dozasını göstərir. Lakin çoxları bunu başqa adla əvəz edir, istehlakçını çaşdırır və ya ümumiyyətlə yazmır, gizlədir. Bu xüsusilə kiçik sexlərdə, kurtar üsulu ilə qablaşdırılmış duzlara da aiddir.
Əgər belə zərərli maddə olan duzları qəbul etmək istəmirsizsə, o zaman duz alarkən qutuda E535, 536 sözlərini axtarmalısız. Əgər varsa, o duzu almayın. Daha natural, təbii duzlar seçin, rəngi sarı, boz olsa da, özü tez nəmlənsə də, natural duz sağlamlığınız üçün daha faydalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 964   Tarix: 22 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

qaşların formalari gelinlikler geyim seçimi baliq qulagi seksual fotolar gavalının faydaları haxışta sözləri kosmetika zehmet ve zinet haxisdalar qız bürcü nagillar birlik