Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıldı
Beynəlxalq alimlər qrupu Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkün olması ilə bağlı fərziyyəyə dair yeni sübutlar tapıb.
Milli.Az "Report"a istinadən bildirir ki, Çin Universitetinin geokimyaçısı Hao Jihuanın rəhbərlik etdiyi tədqiqatçılar qrupu buz təbəqəsi ilə örtülmüş Enselad okeanında bioloji həyat üçün zəruri element - fosforun ola biləcəyini irəli sürüblər.
Fosfor insan və heyvanlarda sümüklərin, hüceyrə membranlarının və DNT-nin vacib komponentidir. Bundan əvvəl alimlər peykdə hidrogen, azot, oksigen və kükürd - həyatın yaranması üçün vacib elementlər aşkar ediblər.
Tədqiqatçılar Enselad okeanının qayalı dibinin su və süxurların qarşılıqlı təsir modelini yaradıblar.
Milli.Az / news.milli.az









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin