Səbəbsiz qeysəriyyə əməliyyatları: Bu üsulla ana olanların sayı niyə ARTIR?

Səbəbsiz qeysəriyyə əməliyyatları: Bu üsulla ana olanların sayı niyə ARTIR?Son illər qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınların sayı artıb. Hətta həkim analizlərində göstəriciləri normal olan, ciddi problem yaşamayan qadınlarımız belə, qeysəriyyə əməliyyatına üz tuturlar.
Hər bir cərrahi müdaxilə insan orqanizmində müəyyən izlər qoyur. Qeysəriyyə əməliyyatı da istisna deyil. Hazırda bu əməliyyat dünyada ən çox yayılmış on əməliyyatdan biri hesab edilir.
Milli.Az bildirir ki, ginekoloq Rəşad Sultan Bizim.Media-ya açıqlamasında bildirib ki, qeysəriyyənin riskləri təbii doğuşdan daha çoxdur:
"Biz ona görə hamilələrə təbii doğuş məsləhət görürük. Təsəvvür edin ki, doğuş zamanı qanaxma, infeksiya, tromembaliya, yəni qanın damarda laxtalanmsı kimi risklər varsa, qeysəriyyədə bunlar daha çoxdur. Bir az da dəqiqləşdirib desək, qeysəriyyədə olan risklər doğuşdakından ikiqat yüksəkdir. Belə düşünək, qeysəriyyə = doğuş + əməliyyat. Amma doğuşun gedişatında təhlükə yaranırsa, o zaman göstərişlə qeysəriyyə etmək lazımdır. Yəni biz səbəbsiz qeysəriyyələrə "yox" deyirik".
Rəşad Sultan təsdiqləyib ki, bir çox həkimlər tibb elminin protokollarından kənara çıxırlar:
"Bu məsələdə həkim və xəstə psixologiyası nəzərə alınmır. Qınamaqla da iş düzəlmir. Həkim xəstə qarşısında birbaşa cavabdehlik daşıyır. Gecədən doğmaq istəyən qadına görə həkim yuxusuz qalmalı, doğuş prosesində olmalıdır. Bu məcburiyyət həkimi qeysəriyyəyə meyil etməyə sövq edir. Halbuki biz sovet dövründə necə görmüşdük, həmçinin inkişaf etmiş ölkələrdə də belədir ki, səhər saat 8-də gəlib növbəni və doğan xəstəni təhvil alırsan, tibbi protokollara uyğun olaraq onu təqib edirsən, sonra da növbəti həkimə təhvil verirsən.
Amma bizdə nə olur, gecə saat 2-də sancı ilə gələn xəstəni götürürsən, beş dəqiqədən bir yaxınları zəng edir ki, həkim, niyə doğmadı, niyə bitmədi? Belə olan halda da həkim bezir. Həkim də insandır, bu cəmiyyətin üzvüdür. Yəni çox vaxt həkimlər təbii doğuşu ona görə istəmirlər.
Çox vaxt deyirlər ki, qeysəriyyə baha olduğu üçün həkimlər bilərək doğuşu uyğun görmürlər. Lakin bu fikir kökündən yanlışdır. Çünki həkimin qeysəriyyədə stabil qazancı yoxdur. Əlavə alınan 200-300 manat əməliyyatxanaya, anestezioloqa gedir, həkimin cibinə girmir. Şəxsən mən təbii doğuşdan daha çox pul alıram. Çünki doğuş çox əziyyətlidir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1172   Tarix: 06 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

hamiləlik toy makiyaji sekilleri yay geyimləri 2026 dadlı yemək veten haqda atalar sözləri berguzar korel içi doldurulmuş badımcan turşusu kosmetika hakisdalar ikizler xanim az gözəllik uşaq nece olur