Sədaqətli və romantik bürcünüzü seçin

Sədaqətli və romantik bürcünüzü seçinSədaqətli və romantik bürcünüzün kim olduğunu bilmək istəyənlər üçün olduqca lazımlı xəbər olacaq.

Bürclərin hər biri özünəməxsus xarakteri ilə seçilir.

Bəziləri realist, bəziləri isə çox romantik olur.

Buğa bürcü: Buğalar sevgiyə və cinsəlliyə böyük maraq duyurlar. İnsanları özünə cəzb etməyi sevirlər. Səyahətə və ya uzaq yerlərə gedib qayıtdıqdan sonra ondakı dəyişikliyə hazır olun. Bu, onlarda ən həssas, ən şübhəli olduqları dönəmdə baş verir və münasibətləri bitmə təhlükəsi ilə qarşı-qarşıya gəlir. Münasibətləriniz uzun müddət davam edirsə, ilk günlərdəki kimi davranmaya bilər.

Qoç bürcü: Qoçlar, idealist olduqları qədər də eqoistdirlər. Onlar səhvlərini qəbul etmək yerinə, ölməyi ya da ürəyindəki sevgisini öldürməyi daha üstün tuturlar. Qoçlardan heç vaxt səhvlərini qəbul etməsini gözləməyin. Bəzən də sevgisinin məhv olduğunu dərk elədiyi anda onu xilas etmək üçün əlindən gələni edərlər...

Oğlaq bürcü: Oğlaqlar sirlərlə dolu və həll edilməyən tapmaca kimidirlər. Onları başdan çıxarmaq kifayət etmir, fəth etmək lazımdır. Ətrafı özü üçün tikdiyi divardan ibarətdir. Utancaq, amma güclü və çətin xarakterli insandır. Tək qalmağa daha çox üstünlük verir. Çoxları tərəfindən bəyənilməyi və sevilməyi ürəkdən arzu edir. Sevdiyi qadını tez-tez təəccübləndirməyi bacarmasa da, ömür boyu sevər. Digər bürclərə görə, daha sədaqətli olur.

Əkizlər bürcü: Əkizlər ayaqlarınızı yerdən kəsib sizi göylərdə gəzdirə bilər. Sizə dünyanı və bütün problemlərinizi unutdura bilərlər. Fəqət, bu anın nə qədər davam edəcəyi sual altındadır. Onlarla nə qədər çox ünsiyyətdə olsanız, o qədər çox "bağlılıq hormonu" sizi bürüyəcək. Sevginin uzun müddətli olmasını da bu hormonlar təmin edir. Dünyada heç kimin deyə bilmədiyi yüzlərlə variantlarda sevgisini etiraf edə bilər. Əkizlər harada məskunlaşsalar, evləri də məhz oradır. Uzun tənhalıq dönəmində acı göz yaşları da axıda bilərlər.

Xərçəng bürcü: "Sən mənim gözümdə ən dəyərli insansan", aşiq olan xərçənglər sevdiyi insanı hamıdan üstün görür. Xərçənglər maraqlı insanlar olduğu üçün çox zaman diqqət mərkəzində olurlar. Xarici görüntüsünü heç bəyənməsək də, əhvalımızı qaldıra bilirlər. Dürüst olun və həmişə həqiqəti söyləyin. Çünki onları aldatmaq çətindir. Həqiqətləri münasibətlərinizə təsir etməyən şəkildə çatdırın.

Şir bürcü: Şirlərin sevgisi yandırıcıdır... Anidən alovlanan ehtirasa sahibdirlər. Sevdiyi qadının qoxusu onlara təsir edir. Şirlər hər şeydən şübhələnirlər. Şübhə sizi bir-birinizdən ayıra bilər. Aranızda yaşana biləcək ən böyük əngəl də məhz onun şübhələridir. Şübhə məsələsi aranızda çətin anlar yaşadacaq. Bu müddət çox təhlükəlidir. Onlara ürəkdən vurulmusunuzsa, sizi ağlatması qaçılmazdır.

Qız bürcü: Onların sevgilərinin ən böyük sirri sevdiyi insanın yanından ondan doymamış ayrılmaq məcburiyyətində qalmasıdır. Sonrakı görüşə qədər nə qədər darıxdığınızı ağlından çıxarmır. Onları sevginin nə qədər dərin olmasından çox, keyfiyyətli olması maraqlandırır. Ümumiyyətlə, qızlar hər şeydə yüksək səviyyə axtarışında olurlar. Buna görə də həqiqi sevgini çox az dada bilirlər. Qız bürcündən olanlar digərləri ilə müqayisədə daha asan subay yaşaya bilərlər. Buz kimi soyuq görünsə də, yola getdiyi və zövq ala bildiyi insanın qarşısında əriyə bilər.

Tərəzi bürcü: Tərəzilər son dərəcə ailəcanlı və sevdiyini qoruyan insanlardır. Dəli kimi qısqanmalarına baxmayaraq, bunu göstərmirlər. Bu sizin üçün əhəmiyyətsiz ola bilər, amma vacibdir. Son dərəcə sadiq olurlar. Ancaq onların sakitliyidən və səbrindən istifadə etməyin. Çünki bıçaq sümüyə dirənəndə sevgilərindən də vaz keçirlər. Münasibətlər bitibsə, bitmiş deməkdir. Bir dəfə qərarını verən Tərəzilər, sonradan yalvarıb yaxarsanız, da geri dönməyəcək. Sözünüzün üstündə durun. Əks halda tərk edilməniz qaçılmazdır.

Əqrəb bürcü: Bir sözlə, onlar yorulmaq bilmirlər. Hər şeydən əvvəl özlərinə aşiqdirlər. O, buz kimi soyuqluğun arxasında gizlənən böyük ürəkləri var. Dərin yaralar onu qorxunc və dəhşətli əsəb partlayışına səbəb ola bilər. Əgər onu bu hala salan siz deyilsinizsə, kənardan onu seyr etmək həyəcanlandırıcı ola bilər. Öz qaydalarını qoyur və başqalarının onun üçün nə düşündüyünü zərrə qədər də maraqlandırmaz. Hər cür rahatlıqdan məhrum olsalar da, buna alışa bilirlər. Əqrəblər əslində, çox həssas və duyğusal xarakterə malikdir. Amma onların xarici soyuqluğu qarşı tərəfi incidir.

Oxatan bürcü: Oxatanlar həm ürəyi, həm də ağlı ilə hərəkət edirlər. Sevgidə bəzən ağılsız hərəkətlərə yol verə bilərlər. Yıxılsa da, yenidən ayağa durmağı bacarır. Dürüst və həqiqi münasibətlər qururlar. Oxatan kişilər qadınlarda israrla ağıl axtarır. Qısqanc olmayın. Onun hər etdiyi hərəkəti təhlil və tərk etməklə təhdid etməyin. Oxatanları olduqları kimi qəbul etsəniz, onunla birlikdə uçuruma da yuvarlanmaq əyləncəli ola bilər.

Dolça bürcü: Onun ürəyini fəth edin. Gec-gec görüşürsünüzsə, hafizəsi sizi unutmağa və yad adam kimi davranmağa məcbur edə bilər. Yersiz qısqanclığınız onu sizdən soyumasına gətirib çıxara bilər.

Balıq bürcü: Balıqlar bəlli etməsə də, sərhədsiz güvənə və sədaqətə ehtiyac duyurlar. Lakin bunu dilinə gətirməyi zəiflik hesab edir. Qısqandığı zamanlarda da susmağa üstünlük verir. Eyni şeyi sevdiyi qadından da gözləyir. Balıq bürcünün kişiləri o qədər həssasdır ki, qəlbi qırıldığı zaman həyatlarını bezdirən qadına dəlilər kimi aşiq olsa da, bu vəziyyətə çox dayana bilməyəcək və həmişəlik tərk edəcək.

Maraqlı     Baxılıb: 3080   Tarix: 17 dekabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

turlar.az

geyim dəbləri gozel gorunmek makiyaj etmek qaydalari qiymenin hazirlanmasi bal şəfadı qadin dunyasi az necə hamilə qalmaq olar kosmetika xərçəng bürcü haxisda webnem tovuzlu atalar sözü hüzeyir hacibəyov