Şəfasını saymaqla bitməyən BİYAN kökü - Məşhur həkimdən resept

Şəfasını saymaqla bitməyən BİYAN kökü - Məşhur həkimdən reseptBiyan bitkisi şəfasını saymaqla bitməyən bir nemətdir. Müalicə məqsədilə biyanın köklərindən istifadə olunur. Biyan köklərində təbii saponinlər vardır, saponinlər hormonal təsir göstərərək insanın halını anındaca dəyişir, əhval-ruhiyyəni yaxşılaşdırır, halsızlığı götürür, insana bir gümrahlıq gətirir.
Medicina.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov biyan kökünün faydalarından danışarkən deyib.
"Biyan köklərində daha bir qiymətli maddə - qliçirizin vardır, qliçirizin öskürək əleyhinə əvəzolunmaz bir vasitədir. Biyan çayı sinəni yumşaldır, bəlğəmi təmizləyir, səs tutulmasında, bronxitdə, göy öskürəkdə, astmada, səs tutulmasında (inaq olmada) müsbət nəticə verir", - deyə F.Hüseynov bildirib.
Fitoterapevtin sözlərinə görə, biyan kökü dəmləməsi hətta ağız yaralarında, anginalarda və faringitdə də çox yaxşı nəticə verir. Biyan kökü dəmləməsi mədə qıcqırmalarında yaxşı təsir göstərir, biyan çayının 1 stəkan ac qarına içilməsi qıcqırmanı dayandırır, mədə və bağırsaq yaralarında (qastrit, kolit) faydalıdır.
Həkim bir çox xəstəliklərdə faydalı olan biyan kök reseptini təqdim edib:
2 xörək qaşığı biyan kökünü 1 stəkan suda 10 dəqiqə qaynadın, 20 dəqiqə dəmləyin, qatı gel halında olacaq, bu geldən ekzema və psoriaz (dəmrov) olan hissələrə gündə 2 dəfə vurun çox yaxşı təsirini görəcəksiniz.
Ümumiyyətlə, biyan çayının içilməsi də sağalmaz dəri yaraları üçün faydalıdır. Biyan çayı böyrəkləri duz və qumlardan təmizləyir, böyrəküstü vəzidən qaynaqlanan yüksək qan təzyiqində çox faydalıdır, biyan çayı qaraciyər və dalaq üçün də faydalıdır. Biyan çayının faydası çox olsa da bu bitkini 20 gün içəndən sonra yaxşı olar 10-15 gün ara verib sonra yenə içəsiniz.
Biyan kökü gündə 3 dəfə 1 çay qaşığı 1 stəkan suda 5 dəqiqə zəif odda qaynadılır, 10 dəq dəmlənilir, yeməkdən 30 dəq əvvəl içilir. Biyan çayı çox şirin olduğundan suyun miqdarını 2 stəkanda edə bilərsiniz məsələn, 1 çay qaşığı 2 stəkan suda dəmlənərək içilir. Biyan çayına nanə yarpağı və ya limon sıxıb içə bilərsiniz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1152   Tarix: 01 iyul 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

turlar.az

sac duzumleri yay geyimləri 2026 sade makiyaj sekilleri neyrosirkulyator distoniya sepkilere qarsi maska qızartma reseptləri aşıq kosmetika kley lekesi saglam qidalanma həsən bəy zərdabi qz eviyçun hakışta oxu az