Səfiri güllələyən qatilin yaxasındakı NİŞANIN SİRRİ – FOTO
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun çevik polis alayının üzvü Mevlüt Mert Altıntaş tərəfindən öldürülməsiylə əlaqədar yeni məlumatlar gəlməkdə davam edir.
Milliyet xəbər verir ki, Altıntaşın sui-qəsdin baş verdiyi yerə diqqət çəkmədən girmək üçün mühafizə polisi nişanı taxdığı müəyyən olunub.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Karlov 19 dekabrda Çankaya Müasir İncəsənət Mərkəzində keçirilən sərginin açılışında çıxışı zamanı güllələnərək öldürülüb.
22 yaşlı Mevlüt Mert Altıntaş sərginin keçiriləcəyi mərkəzin yanındakı oteldə 5 gün öncədən qalmağa başlayıb.
Dünən ortaya çıxan həqiqət hər kəsi çaş-baş salıb – Qatilin o gecə 19.00-da sərgiyə gələcəyini Çankaya Müasir İncəsənət Mərkəzi rəhbərliyi belə həmin gün 16.30 radələrində öyrənib.
Qətlin törədildiyi gecə qatil Mevlüt Mert Altıntaşın pencəyinin yaxasındakı polis nişanı detalı yeni ortaya çıxıb. Bu nişanı yalnız Təhlükəsizlik Mühafizə Dairəsində vəzifəli polis məmurları taxırlar. Ankarada bu nişanı bütün məmurlar tanıyırlar. Yaxasında olan nişana görə polisə bütün "yollar açıqdır". (milli.az)









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı
12 illik evlilik bitdi - BOŞANDILAR
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?