"Səhər qatil, axşam isə xilaskar..." – Dünyaca məşhur cərrah səhvlərini etiraf edir

"Səhər qatil, axşam isə xilaskar..." – Dünyaca məşhur cərrah səhvlərini etiraf edirMəsləhətləşməyə gəlmiş gənc məktəb müəlliminin beyninin skanner imici cərrah Henri Marşı təlaş hissi ilə doldurdu. Kəllə sümüyünün gövdəsində böyüməkdə olan iri bir xərçəng şişi var idi. Cəmi bir neçə ildir nevro-cərrahiyyə ilə məşğul olan Marş özünə əmin deyildi. Şiş həm böyük idi, həm də beynin həyat əhəmiyyətli həssas bir nayihəsində yerləşirdi. Əl dəyilmədiyi təqdirdə bu şiş müəllimin eşitmə qabiliyyətini məhv edəcək, gəzməyinə son qoyacaq və tədricən onun axırına çıxacaqdı. O biri tərəfdən, əməliyyat onu iflic edə, hətta həyatına qəfil son qoya bilərdi…

Əməliyyat günü hər şey yaxşı gedirdi. Gecə yarısınadək Marş və onun cərrah heyəti şişi az qala bütünlüklə çıxarmağa nail olmuşdu. Əməliyyat otağında əhval-ruhiyyə yüksək idi. Siqaret çəkmək üçün həkimlər kiçik tənəffüsə çıxdılar. "Gərək onda dayanaydım," Marş xatırlayır. "O şişin sonuncu parçasına toxunmayaydım." Şöhrət həvəsi və yüksək özünəinam Marşı həyati səhvə sürükləyirdi. "Şişin sonuncu hissəsini çıxarmağa başlamışdım ki, kibrit çöpü qalınlığında damar olan bazilyar arteriyanı kəsdim. Al qırmızı arteriya qanı yuxarı fışqırmağa başladı".
Bazilyar arteriya qanı bütün beyni tənzimləyən gövdəyə nəql edir. Marş cəld qanaxmanı dayandırdı. Amma iş işdən keçmişdi. Oksigendən məhrum olması beyin gövdəsini əbədi zədələmişdi, və müəllim bir daha özünə gəlmədi.

Hər bir cərrah qəlbində kiçik bir məzarlıq gəzdirir ki, arabir oraya dua etməyə getsin. Fransız həkim René Lerişə məxsus bu kəlam Henri Marşın yeni kitabının epiqrafını təşkil edir. Britaniyalı nevro-cərrah "Xətər Yetirmə" adlı kitabın başlığı Hippokrat andının "Primum Non Nocere" – "İlk növbədə xətər yetirmə" prinsipindən qaynaqlanır. Bu kitabda Marş az qala heç bir həkimin etmədiyini edir – o öz səhvlərini və bu səhvlərin ucbatından doğan faciələri etiraf edir. New Yorker məcmuəsində kitabın icmalını təqdim edən Joshua Rothmanın yazdığına görə Xətər Yetirmə bir paklanma ritualıdır, xətanın anatomiyasıdır və nəhayət, içəridən gələn səksəndirici suala cavab cəhdidir: On illər boyu insan beyinlərini kəsib, bundan tamlıqla çıxmaq mümkündürmü?

"Xətər Yetirmə" bir paklanma ritualıdır, xətanın anatomiyasıdır və nəhayət, içəridən gələn səksəndirici suala cavab cəhdidir: On illər boyu insan beyinlərini kəsib, bundan tamlıqla çıxmaq mümkündürmü?
Joshua Rothman

Marş sırf təsadüf nəticəsində cərrah yoluna qədəm qoyur. Universiteti bitirdikdən sonra 1973-cü ildə Kral Hospital Tibb Məktəbinə daxil olan Marşın gözləri bir gün tələbələrin buraxılmadığı cərrahiyyə otağının qapısındakı dairəvi pəncərəyə sataşır. Pəncərədən içəri boylanmaq həvəsini boğa bilməyən Marş cərrahiyyə stolunda başı tamamilə qırxılmış, narkoz altında olan qadının uzandığını xatırlayır. Dəhşət filmindəki kimi bu surət onun başında uzun müddət qalır.

Marşın üç aylıq oğlunun beynində bədxassəli şiş aşkar olunanda, o, uğurla əməliyyat olunur. Yenicə diplom almış həkim isə həmin əməliyyatın risklərini yalnız sonradan anlayır. "Mənim oğlumun əməliyyat olunduğu eyni stolda başqa bir uşaq qanaxmadan dünyasını dəyişdi. Mənim öz bossum – uşağımın həyatını xilas etmiş cərrah bu dəfə oxşar şiş qarşısında aciz qaldı".

Xəbərlər     Baxılıb: 1434   Tarix: 07 yanvar 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

kosmetik vasiteler toy makiyaji sekilleri gelinlikler balıq yeməkləri pilinqin hazirlanmasi ciy kartofun faydasi abdulla saiq usaq serleri kosmetika aslan cinsi elaqe ana haqqinda bayati efsaneler layla