Şəhid atası: Mənim övladım şəhid olub deyə, təzə paltar geyinməli idim? (VİDEO, FOTO)
İki gün öncə şəhid olan Azərbaycan Milli Ordusunun əsgəri Cabbar Zeynalovun atası Firudin Zeynalov sosial şəbəkələrdə yayılan fotosu ətrafında aparılan müzakirələrə aydınlıq gətirib.
Xanim.az xəbər verir ki, F.Zeynalov "Ölkə.Az"-a müsahibəsində traktorçu olduğu üçün köhnə paltarda olan fotosunun çəkilərək sosial şəbəkələrdə yayımlandığını bildirib:
"Mən traktorçuyam. Oğlumun şəhid olduğu gün traktor idarə edirdim. Xəbəri eşidən kimi dərhal işdən evə gəldim və paltarımı dəyişə bilmədim. Özümdə deyildim. Mənim övladım şəhid olub deyə, təzə paltar geyinməli idim? Oğlumun şəhid olması barədə də ilk olaraq mənə məlumat verilməyib. Telefonum bağlı olduğu üçün qardaşıma zəng ediblər. Bizə oğlumun şəhid olduğunu deməyiblər. Əvvəlcə bizə deyildi ki, oğlunuz yaralanıb. Bunu da biz pis olmayaq deyə belə deyiblər".
F.Zeynalov oğlunun Vətən yolunda şəhid olmasındam fəxr hissi duyduğunu söyləyib:
"Oğlum Vətən yolunda şəhid olub. Mən buna görə fəxr edirəm!".












Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Yuxusuz gecədən sonra bunu edin