Şəhid əsgər dəfn edildi - FOTOLAR
Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn edilib.
Xanim.az report-a istinadən xəbər verir ki, fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü, əsgər Xəlilov Xanoğlan İntizam oğlu Şəmkir rayonun Şeidlər kənd qəbiristanlığında dəfn edilib.
Dəfin mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun atasına təqdim edilib. Yaylım atəşindən sonra torpağa tapşırılan şəhid X.Xəlilovun məzarı üstünə əklil və qərənfillər qoyulub.
Qeyd edək ki, ailənin kiçik övladı olan X.Xəlilov 2016-ci ilin yanvar ayından Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsədə həqiqi hərbi xidmətdə olub. Onun hərbi xidməti başa vurmasına isə 5 ay qalıbmış.
Allah rəhmət etsin!












İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq
Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi - FOTO
Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron