Şəhidimizin müəlliminin bu sözləru ÜRƏK DAĞLADI "Gəldi hamımızla halallaşdı..." - VİDEO
Bir neçə gün əvvəl cəbhədə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Zakir Nazim oğlu Cəfərov torpağa tapşırılıb.
Milli.Az apa.tv-ə istinadən xəbər verir ki, onunla vida mərasimi doğulub boya-başa çatdığı Keşlə qəsəbəsində keçirilib.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Nizami Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, yüzlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.
Şəhidin nəşi məsciddən qəbiristanlığadək avtomobillə deyil, çiyinlərdə aparılıb.
Əslən Ağdam rayonundan olan şəhid Keşlə kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin qardaşı Camal Cəfərov zakirlə qürur duyduqlarını bildirib: "Həmişə telefonla danışmışıq. Bizə deyirdi özünüzü qoruyun. Biz ondan nigaran idik, o bizdən. Çox sevirdi vətənini".
Şəhidin dayısı Zakiri özünün böyütdüyünü söyləyib: "Zakiri mən böyütmüşəm. Nə deyim... Söz tapmıram. Heyf ondan".
Zakir Cəfərov Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecinin məzunu idi. Dəfn mərasiminə Zakirin müəllimləri və tələbə yoldaşları da qatılmışdı. Müəllimi onunla bağlı xatirələrini bölüşüb: "Zakir çox dəcəl, dəcəl olduğu qədər də Vətən, millət sevər gənc idi. Əslən ağdamlı olsa da, Qarabağı heç görməmişdi. Amma həmişə deyərdi ki, mən Ağdamda hərbi xidmət edəcəyəm. Könüllü olaraq oranı seçdi. Gəldi kollecə, hamıdan halallıq aldı və getdi. Elə bil ürəyinə dammışdı..."
Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub.
Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq