Şəhidimizin oğlu dünyaya gəldi - Adını görün nə qoydular

Şəhidimizin oğlu dünyaya gəldi - Adını görün nə qoydularBu il fevral döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Tural Haşımlının oğlu dünyaya gəlib.

Xanim.az xəbər verir ki, bu barədə məlumat şəbəkədə paylaşılıb.

Şəhidin atası Əbdül Haşımlı modern.az-a deyib ki, uşağın da, ananın da səhhəti normaldır:

"Ötən gün nəvəm dünyaya gəlib. Hələ ki, adını qoymamışıq. Amma hamı Tural olmağını istəyir. Adını rəsmi şəkildə Tural qoymaq üçün gərək qohumlar bir araya gəlsin və məsləhət versinlər.

Uşağın da, anasının da səhhəti normaldır. İşə baxın ki, Tural fevralın 24-dən 25-nə keçən gecə şəhid olmuşdu. Oğlu da senytabrın 24-dən 25-nə keçən gecə dünyaya gəlib. Tural şəhid olmazdan 6 saat öncə ata olacağını bilmişdi. Amma üstündən az keşməmiş şəhid olduğu barədə xəbəri gəldi bizə.

Mən oğlumun ata olacağı xəbəri ilə şəhid olduğu xəbərini eyni vaxtda almışdım. İndi balaca Tural bizə böyük təsəllidr. O, oğlumuzun yolunu mütləq davam etdirəcək. Tural nəvəm dünyaya gəlişi ilə məni çox sevindirdi. Elə bilirəm, oğlum Turaldı, hələ yeni doğulub. Onu böyütmək, məktəbə yollamaq, ali məktəbə göndərmək, toyunu görmək kimi arzularım var. Oğlum Turalın ətrini, qoxusunu nəvəm Turaldan alacam. Nəvəm gəlişilə məni diriltdi, əyilmiş qəddimi düzəltdi. Əminəm ki, o da atası kimi və vətəninə layiqli övlad olacaq".

Əbdül Haşımlı ailələrinə edilən diqqətdən də söz açıb.

"Bizim ailə ilə çox insanlar əlaqə saxlayır. Amma ən çox zəng edib maraqlanan dövlət işçilərindən Xocavəndin icra başçısı Eyvaz Hüseynovdur. Demək olar ki, hər həftə mənə zəng edir. Hərtərəfli yardım edir. Hətta Xocavəndə gedəndə məni heç yerə buraxmır, öz evində qonaq edir. Nəvəm dünyaya gələndə də ilk təbrik edənlərdən olub. Ordubad ın icra başçısı Elşad Məmmədov, şəhər sovetinin rəhbəri Əli Qəmbərov, Ordubad sakini Cəmaləddin Əhmədov da bizə çox kömək edib. Hətta Naxçıvan Ali Məclisinin tapşırığına əsasən Naxçıvan televiziyası Tural haqqında film də hazırlayıb".

Qeyd edək ki, şəhid Tural Haşımlı doğulduğu Naxçıvanın Ordubad şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Xəbərlər     Baxılıb: 1751   Tarix: 26 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

gelinlikler kosmetik vasiteler yaz geyimleri 2026 doğum hekayələri 1 hefteye 5 kq ariqlamaq gəlinlik və toy dəbi psixoliji məsləhətlər kosmetika janrlar hakista novruz bayramı haxışta nizami gəncəvi kəlamlar