Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?
Məşhurlar artıq yalnız kino, musiqi və ya televiziya layihələrindən qazanc əldə etmirlər. Onların bir çoxu öz adını ayrıca brendə çevirərək kosmetika, geyim, içki, enerji içkiləri və hətta rəqəmsal aktivlərdən milyonlarla dollar qazanır.
Adını brendə çevirən məşhurları:
Rihanna
Dünya ulduzunun "Fenty Beauty" kosmetika brendi və "Savage x Fenty" alt geyimi markası var.
"Fenty Beauty" müxtəlif dəri tonlarına uyğun geniş məhsul çeşidi təqdim etməsi ilə kosmetika bazarında böyük diqqət çəkib və qısa zamanda dünyanın ən tanınmış gözəllik brendlərindən birinə çevrilib.
Dueyn Conson
Aktyor və keçmiş peşəkar güləşçi Dueyn Conson da gəlirlərini yalnız kino ilə məhdudlaşdırmır. Onun biznes portfelinə "Teremana" brendi, "Project Rock" idman geyimləri markası və "ZOA" enerji içkiləri daxildir.
Conson sosial şəbəkələrdəki böyük auditoriyasından öz məhsullarının tanıdılmasında da fəal şəkildə istifadə edir.
Qvinet Peltrou
Aktrisa Qvinet Peltrou "Goop" adlı sağlamlıq brendinin sahibidir.
Şirkət dəriyə qulluq vasitələri, sağlam həyat tərzi məhsulları, müxtəlif detoks proqramları və digər məhsullar satır. Bununla yanaşı, "Goop"un bəzi məhsulları zaman-zaman elmi əsaslarının zəif olması səbəbindən tənqid edilib.
Snup Doqq
Repçi Snup Doqq isə biznesdə rəqəmsal texnologiyalara üstünlük verən məşhurlar sırasındadır.
Musiqiçi "NFT" kolleksiyaları buraxıb, kriptovalyuta platformaları ilə əməkdaşlıq edib və eksklüziv rəqəmsal musiqi albomlarının satışını həyata keçirib.
///lent.az///









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri