Səhv eşitmədiniz - Bu xəstəlik internetdə axtarış edərkən yoluxur
İnternetdə xəstəliklərə yönələn araşdırmaların həddindən artıq dərəcəyə çatması ilə ortaya çıxan "siberkondri", insanda ciddi həyəcan pozuntusuna səbəb olur.
Milli.Az xəbər verir ki, Beynəlxalq İnteqrativ Psixoterapevt Müzəffər Şahin xəbərdarlıq edir ki, yaxın illərdə rəsmi xəstəlik kimi tanınması gözlənilən siberkondri təkcə psixoloji deyil, həm də fiziki problemlərə yol aça bilər.
İnternetdə xəstəliklər və simptomlar haqqında nəzarətsiz şəkildə hədsiz çox araşdırma aparmaq siberkondri adlanır. Bu hal adətən həyəcan pozuntusu olan şəxslərdə görülür və "xəstəlik qayğısı pozuntusuna" (əvvəlki adı ilə hipokondriya) səbəb olur.
Siberkondrinin yaxın 7-8 il ərzində tibbi təsnifat kodları (DSM-6 və ICD) alaraq tibb dünyasında yeni bir xəstəlik növü kimi qəbul ediləcəyi gözlənilir.
Dr. Şahin bildirir ki, insanlar internetdəki "çirkli məlumatlara" çatdıqca qayğıları artır. Sadə bir əlaməti böyüdərək çox böyük bir xəstəlikləri varmış kimi düşünməyə başlayırlar. Bu gərginlik bədəndə hormonal dəyişikliklərə və real ağrıların artmasına səbəb olur.
Əgər bir şəxs gündə 1-2 saatını internetdə xəstəlik araşdırmağa ayırırsa, bu düşüncələr obsesiv hala gəlibsə və iş-həyat balansını pozursa, mütləq peşəkar dəstək almalıdır.
Mütəxəssislər belə hallarda internetdəki forumlardan və qeyri-dəqiq mənbələrdən uzaq durmağı, yalnız elmi jurnalları, peşəkar həkimlərin və nüfuzlu xəstəxanaların rəsmi məlumatlarını oxumağı tövsiyə edirlər.
Lalə Qüdrətova
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO