Şəkər xəstələri necə qidalanmalıdırlar?
Şəkərli diabet xəstəliyi vücudda insulinin yetərli miqdarda olmaması və ya hamiləlik zamanı hormonal dəyişiklik səbəbi ilə meydana çıxır.
Türkiyənin məşhur dietoloqu Çağatay Köşkeroğlu şəkər xəstəliyi zamanı erkən diaqnozun və qidalanmanın vacibliyini açıqlayıb. Onun sözlərinə görə, şəkər xəstəliyi ömür boyu davam etdiyi üçün səhhətə diqqətlə yanaşılmalıdır. Artıq çəkisi olanlar və daima stresdən əziyyət çəkənlər daha çox risk qrupuna daxildirlər.
Şəkər xəstəliyinin çox susuzluq, tez acmaq kimi əlamətləri vardır. Bu əlamətlər sizdə varsa diqqətli olaraq müayinə etdirməyiniz məsləhət edilir.
Bəs şəkər xəstələri necə qidalanmalıdırlar?
Köşkeroğlu belə xəstələrin hər qidasında ehtiyyatlı olmalarını tövsiyə edib:
"İlk yeməklərini səhər durduqdan sonra ilk yarım saatda yeməlidirlər. İki yeməyin arası təxminən 2,5 saat olmalı və gündə 6 dəfə qidalanmalıdırlar.
Qidalanma zamanı - bal, mürəbbə, şəkər tozu, şokolad, bəhməz kimi şəkər səviyyəsinibirdən yüksəldəcək qidalardan uzaq durmalıdırlar. Yeməkləri isti deyil, ilıq formada yeməlidirlər. Bitki yağlarına daha çox üstünlük verməlidirlər. Qızardılan qidalardan, spirtli içkilərdən imtina etməlidirlər. İdman hərəkətləri ilə daima (ən azı həftədə 4 dəfə )məşğul olmalıdırlar".
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR
Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər
Gözümüzü məhv edə biləcək eynəklər var
Arıqlamağa mane olan 3 böyük səhv
Şaftalının faydaları nələrdir, neçə kaloridir?
Uzun müddət oturmaq ölüm riskini artırır
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin