Şəkərdən imtina xərçəngin müalicəsinə kömək edirmi?

Şəkərdən imtina xərçəngin müalicəsinə kömək edirmi?Bədəndəki şişi "ac qoymaq" və bununla da xərçəngin böyüməsinin və inkişafının qarşısını almaq üçün şəkərdən imtina meyvə-tərəvəz şirələrinə əsaslanan pəhrizli müalicədən sonra populyarlıq qazanmış ikinci alternativ metoddur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu fikirlər Fransanın "Le Figaro" nəşrində dərc edilən məqələdə əksini tapıb.
Alimləri hazırda bir sual düşündürür: xərçəng xəstəliyi ilə mübarizədə şəkərdən imtina nə dərəcədə müsbət rol oynaya bilər? Araşdırmalar göstərir ki, xərçəng hüceyrələrinin çoxalması üçün əhəmiyyətli miqdarda karbohidrata ehtiyacı var. Lakin mütəxəssislər deyir ki, konkret müalicə tətbiq edilmədən qida rejimində dəyişikliklər edərək, hansısa məhsuldan imtina edərək xərçəngə qalib gəlmək mümkün deyil. Üstəlik, şəkəri yalnız şiş hüceyrələri sevmir. Bədənin bütün digər hüceyrələrinin də normal fəaliyyət göstərməsi üçün qlükozaya ehtiyacı var. Hətta bəzi hüceyrələr, demək olar, yalnız qlükoza ilə qidalanır.
Belə ki, şiş hüceyrələri onsuz da yayılmağa başlayandan yağ toxuması və əzələ kimi digər orqanların ehtiyatlarını yeməyə başlayır. Bu səbəbdən diaqnoz qoyulduqda bəzi xəstələr artıq xeyli çəki itirmiş vəziyyətdə, çox arıq olurlar və bədəndəki yağ və əzələlər əriyir.
Alimlər qeyd edirlər ki, xərçəng hüceyrələri qanda dolaşan amin turşuları kimi digər enerji daşıyıcılarını da çox sürətlə məhv etmə qabiliyyətinə malikdir. Yəni əgər xəstələr şəkərdən imtina etsələr, bu, həmin hüceyrələr üçün böyük bir maneə yaratmayacaq və xərçəng hüceyrələri digər hüceyrələrdən qidalandırıcı maddələri "qopara" və hətta bütün bir hüceyrəni də yeyə bilərlər.
Araşdırmaçıların qənaətinə görə, şişlərin böyümə və yayılmasının nəyə bağlı olduğunu bimək üçün onların həssas və zəif cəhətlərini öyrənmək lazımdır. Şişlərin xüsusiyyətləri haqda daha geniş məlumatlara malik olsaq, düzgün qidalanma və fərdi müalicə kursu tərtib etmək mümkündür.
Yalnız bu günədək əldə olunan məhdud informasiyalar çərçivəsində tövsiyələr aydındır: xərçəngin müalicəsi zamanı mümkün qədər normal qidalanmağa davam etmək lazımdır və qida rasionunu məhdudlaşdırmaq olmaz. Xəstə nə qədər normal yeyirsə, əzələ kütləsini qorumaq şansı bir o qədər artır və kimyəvi terapiya ilə bağlı toksikləşmə riski minimuma enir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1482   Tarix: 17 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

geyim necə seçməli həkim məsləhəti qaşların formalari duzlu xəmir işləri etiraflar körpə yeməyi həyat stili kosmetika cinsi əlaqə rus dilini öyrənək 2 ci dərs intim sanamalar sağlamlığa aid atalar sözləri