Şəkərə olan tələbatı nə ilə əvəz etmək olar?

Şəkərə olan tələbatı nə ilə əvəz etmək olar?Ürəyinizdən şirin nəsə yemək keçəndə sanki bu dəqiqə onu qəbul etməsəniz şəkərinizin düşəcəyini düşünürsünüz? Bu hiss karbohidrat çatışmazlığından və bədənin müəyyən yemək vərdişlərindən yaranır.
Milli.Az Axşam.az-a istinadən tərkibində şəkər olan məhsulları qəbul etmədən orqanizmin ona olan tələbatını ödəməyə imkan verən qidaları təqdim edir.
Meyvələr
Meyvələr təkcə şəkərə olan ehtiyacı ödəmir, həm də lif, vitamin, mineral və antioksidantlarla zəngindir. Məsələn, bir stəkan çiyələk (təxminən 150 q) 3 qram lif və C vitamininin gündəlik dəyərinin 94%-ni ehtiva edir. Təzə meyvələrin kalorisi nisbətən azdır, lakin yenə də bundan sui-istifadə etmək olmaz. Banan, üzüm və qırmızı almanı normadan çox yemək tövsiyə olunmur. Həddindən artıq qəbul edilən meyvələr allergik reaksiyayalara və çəki artımına səbəb ola bilər.
Qurudulmuş meyvələr
Qurutma prosesində meyvələr yalnız su itirir. Nəticədə maddələrinin (həmçinin şəkər və kalorinin) konsentrasiyası artır. Buna baxmayaraq, diyetoloqlar onları şirniyyatlara ən yaxşı alternativlərdən biri kimi tövsiyə edir.
Qoz-fındıq
Əlbəttə ki, qoz-fındıq meyvələr qədər şirin deyil, lakin karbohidratlardan əlavə, onların tərkibində çoxlu miqdarda vitaminlər, minerallar, bitki mənşəli protein və sağlam yağlar var. Şokolad əvəzinə bir ovuc badam yesəniz orqanizminiz sizə təşəkkür edəcək.
Şirin kartof
Minerallar, A və C vitaminləri ilə zəngin olan bu tərəvəzin həm də qida dəyəri yüksəkdir. Şirin kartof uzun müddət toxluq hissi ilə yanaşı bədənin şəkərə olan ehtiyacını ödəyir.
Milli.Az 

Xəbərlər     Baxılıb: 1124   Tarix: 23 iyul 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

adlarin menasi qis geyimləri 2026 toy makiyaji sekilleri atalar sözləri elm haqqinda azerbaycan xalq mahnilari adlari seksin növləri intim məktəb kosmetika faydalı maskalar novruz hakışdaları bahar vətən həsrəti uzeyir