Şəkəri xəstəliyini sağaldacaq, və onu tamamilə unudacaqsınız- VİDEO

Şəkəri xəstəliyini sağaldacaq, və onu tamamilə unudacaqsınız- VİDEOPəhriz şəkərli diabet xəstələrin müalicəsində ən önəmli rollardan birini oynayır. Hətta ən müasir dərmanları qəbul edən, lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinə lazım olan səviyyədə nəzarət edə bilməz.
Xəstə mütləq və dəqiq bilməlidir, hansı qidaları qəbul edə bilər, hansı qidaları - yox və bu qaydalara ömrünün sonuna kimi ciddi riayət etməlidir. Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə şəkərin səviyyəsini normada saxlamaq mümkündür.
Beləliklə, şəkərli diabet xəstəliyi olan insan qidalanmada bu kimi ümumi qaydalara riayət etməlidir:
- Ac qalmaq olmaz. Bu qanda şəkərin kəskin enməsinə səbəb ola bilər ki, bunun nəticəsində xəstə koma vəziyyətinə düşə bilər.
- Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.
- Adi şəkər və fruktoza qidalanmadan tam çıxarılmalıdır. Tərkibində şəkər və fruktoza olan qənnadı məmulatları da belə xəstələr üçün əks-göstərişdir.

Şəkər xəstələri üçün ən faydalı meyvə
Diyetoloq şəkər xəstələri üçün ən faydalı meyvənin armud olduğunu bildirir:
"İnsulindən istifadə etməli olan şəkər xəstələri meyvələrdən armuda üstünlük verməlidirlər. Armud şirin meyvə sayılsa da, şəkər xəstələri üçün faydalıdır. Lif baxımından zəngin olan həmin meyvə qandakı şəkərin miqdarını nəinki yüksəldir, əksinə onunla birlikdə istifadə edilən süd və qatığın tərkibindəki zülallar qandakı şəkərin miqdarını tənzimləyir. Diabet xəstələri qəlyanaltı zamanı 1 ədəd armud yeməli, 1 stəkan süd içməli və ya bir az qatıq yeməlidirlər".
Çərəzlər
Diyetoloqun sözlərinə görə, şəkər xəstələri üçün ən faydalı çərəzlər qoz və badamdır:
"Qozun ehtiva etdiyi Omeqa-3 turşusu şəkər xəstələrini ürək-damar problemlərindən qoruyur. Həm qoz, həm də badam liflə zəngindir. Ancaq bu çərəzlərin kalorisi çoxdur. Odur ki, gündə 10 ədəd badam və 2 ədəd qoz yemək kifayətdir".
Şəkər xəstələrinin dostu darçın
Mügə Güzey deyir ki, darçın qandakı şəkəri tənzimləyir. Ona görə də, gündə yarım çay qaşığı darçın istifadə etmək lazımdır. Diyetoloq darçının təsirini artırmağın üsullarından da danışıb:
"Ən faydalı darçın növü Çin darçınıdır. Darçını süd və ya qatıqla qarışdırıb istifadə etmək lazımdır. Çayları qabıq darçınla dadlandıra bilərsiniz. Darçın şirniyyat istəyini öldürür. Bunun üçün almanı dilimləyin və üzərinə darçın səpin. Sobada 10 dəqiqə bişirin. Bunu gündə bir dəfə yemək olar.
Qatıq möcüzəsi
Diyetoloq şəkər xəstələrinə qatıq yeməyi məsləhət görür:
"Qatıq zülal və karbohidrat ehtiva edir. Tərəvəz yeməklərinin yanında və ya qəlyanaltı zamanı meyvələrin yanında yemək olar".
Sarıkök
Mügə Güzeyin sözlərinə görə, şəkər xəstələri üçün ən faydalı ədviyyat sarıkökdür:
"Bu ədviyyatın tərkibindəki "curcumin" maddəsi insulini sabitləşdirir. Qanda şəkərin səviyyəsini nizamlayır. Ürək-damar xəstəliklərinin qarşısını alır. Sarıkökü bitki çaylarına əlavə edərək meyvələrə, tərəvəz xörəklərinə qataraq istifadə etmək olar. Sarıkökün təsirini artırmaq istəyirsinizsə, onu istiot və zeytun yağı ilə qarışdırıb yeyin".

Sağlamlıq     Baxılıb: 2815   Tarix: 12 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

turlar.az

hamilelikde qidalanma makiyaj etmek qaydalari maskalar azərbaycan haqda gənc qalmağın sirləri saç hörükləri infarkt elametleri kosmetika burcler haqqinda zehmet ve zinet cantalar hakışta atalar sözləri