Şəkərsiz diabet xəstəliyinin gedişatı

Şəkərsiz diabet xəstəliyinin gedişatıŞəkərsiz diabet nadir rast gəlinən endokrinopatiyalardan olub, əsasən 20-40 yaşlarda müşahidə edilir. Hər 5-ci halda patologiya neyrocərrahi müdaxilənin ağırlaşması kimi formalaşır.
Şəkərli diabet pozğunluqların baş vermə səviyyəsinə əsasən təsnif edilir. Müasir endokrinologiyada xəstəliyin mərkəzi və böyrək mənşəli  formaları ayırd olunur. Mərkəzi şəkərsiz diabet zamanı pozğunluqlar hipotalamus tərəfindən antidiuretik hormonun sekresiyası və ya onun qana ifrazı səviyyəsində baş verir. Böyrək mənşəli formada isə nefronların distal kanalcıqlarının hüceyrələrinin ADH-yə həssaslığının pozulması qeydə alınır.
Mərkəzi şəkərsiz diabet idiopatik (ADH sintezinin zəifləməsi ilə xarakterizə olunan irsi xəstəlik) və simptomatik  formalara bölünür. Simptomatik şəkərsiz diabet anadangəlmə və ya qazanılmış olur. Anadangəlmə forma ADH geninin mutasiyası nəticəsində əmələ gəlir. Qazanılmış simptomatik şəkərsiz diabet isə kəllə-beyin travmalarından, baş beynin şiş və infiltrativ proseslərindən, meninqoensefalitdən sonra inkişaf edir.Nefrogen şəkərsiz diabetə nisbətən az təsadüf olunur. Böyrək mənşəli formaya nefronun anatomik yetərsizliyi və ya antidiuretik hormona qarşı reseptor həssaslığının pozulması səbəb olur. Bu pozğunluqlar anadangəlmə xarakter daşıya və ya nefronların medikamentoz və yaxud metabolik zədələnmələri fonunda meydana çıxa bilər.Baş beynin neoplaziyalarının uğurlu şəkildə xaric edilməsindən, vərəm, malyariya, sifilis mənşəli şəkərsiz diabetin spesifik müalicəsindən sonra sağalma müşahidə oluna bilər. Əvəzedici hormonoterapiya adekvat təyin edildikdə bir çox xəstələrdə əmək qabiliyyəti saxlanılır. Xəstəliyin digər formaları ilə müqayisədə uşaqlarda qeydə alınan nefrogen şəkərsiz diabetin gedişi daha az qənaətbəxş sayılır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1255   Tarix: 04 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geyim dəbləri toy makiyajlari toy gecesi maskaların hazırlanması qoç bürcü zaur gunay burc xelife kosmetika salam burclerin uygunlugu masturbasiya prostat efsane