Seks həyatını canlandırmaq üçün 14 ADDIM

Seks həyatını canlandırmaq üçün 14 ADDIMÇox zaman cütlüklər seks həyatının monotonlaşdığından şikayət edirlər. Elədirsə, seks həyatına bir az həyəcan qatmaq lazımdır. Bəlkə də tərəf müqabilinizlə olan güclü bağınızı yenidən kəşf edəcəksiniz, cinsi mövzuda özünəməxsusluğunuzu fərq edəcəksiniz və yataqda daha çox əylənəcəksiniz. Budur, Aile.lent.az 14 addımda cinsi həyatınızı gözəlləşdirməyin yolları ilə xanımları tanış edir.

1-ci gün

Tərəf müqabilinizlə keyfiyyətli zaman keçirin. Yeməkdən sonra, ya da yatmazdan əvvəl 10-15 dəqiqə söhbət edin və bir-birinizin nə istədiyini anlamağa çalışın. Bu, təkcə seks həyatınız üçün yox, münasibətləriniz üçün də çox yararlı olacaq. Qarşınıza bir məqsəd qoyun və yenilikləri sınaqdan keçirin. Bədəninizdə ən bəyəndiyiniz 5 yeri yazın. Məlumdur ki, bədənlərinə güvənən qadınların cinsi istəyi daha çoxdur. Özünüzü gözəl və seksual hiss etdirən xüsusiyyətlərinizə fokuslanın.

2-ci gün

Səhər yataqdan dərhal qalxmayın. Zəngli saatın səsi gələr-gəlməz dik atılmayın. Bunun əvəzinə 30 saniyə gülümsəyin, qucaqlaşın və bir-birinizin gözlərinə baxın. Evdən çıxmazdan əvvəl dodağına uzun vida öpüşü qondurun. Özünüz rahatlamaq üçün bir az yoqa edin. Gecə isə yatağa girməzdən əvvəl gözəl gecə geyimi geyinin. Seksual alt paltarları olmasına ehtiyac yoxdur, köhnə pijama olmasın, kifayətdir.

3-cü gün

Səhərlər sekslə məşğul olun. Yorğun olmağınızı və işə gecikəcəyinizi bəhanə etməyin. Səhərlər bədəndə kortizol səviyyəsi çox yüksək olur və seks üçün enerji olur. Seksdən sonra ifraz etdiyiniz oksitosin hormonu sayəsində gününüz də gözəl keçəcək. İki-üç saat erkən oyanmağa da ehtiyac yoxdur. 10 dəqiqə də yetər. Axşam düşdükdə cinsi istəkləriniz haqqında danışın. Seks həyatınız üçün yenilik yaxşıdır. Yeni mövqelər, yerlər haqqında danışa bilərsiniz.

4-cü gün

Özünüzlə bir az zaman keçirin. Yaxşı bir seks üçün özünəgüvən çox əhəmiyyətlidir. Özünüzü daha rahat hiss etmək üçün bədəninizi tanıyın və nələrdən xoşunuzun gəldiyini anlamağa çalışın. Məsələn, bu gecə sevgilinizlə toxunma seansı edəcəksiniz. Ona bir mesaj göndərərək həyəcanlandığınızı bildirin və reaksiyasına baxın. Sağlamlığınız nə qədər yaxşı olarsa, cinsi həyatınız da o qədər yaxşı olar. Cütlüklər əsasən orqazm olmağa çalışır, lakin seçdiyiniz gecələrin birində sevişmək yox, toxunma seansı edin. Bir quş tükü və masaj yağı götürüb sevişmədən bir-birinizə toxunun və masaj edin.

5-ci gün

Özünüzə zövq verin. Bəzi qadınlar masturbasiyanın bir tabu olduğunu düşünür. Lakin əslində lazımlıdır. Yalnız özünüzə toxunaraq da libidonuzu artıra bilərsiniz. Fərqliliyinizi anlamaq, omba elastikliyini yüksəltmək və qan dövranını artırmaq üçün yoqa edin. Ehtirasla öpüşün. Sonra bir sonrakı günü planlayın. Fərqli bir restoranda yemək və ya parkda buterbrod yeyin. Yalnız fərqlilik olsun, kifayətdir. Bu gecə yatağa erkən girin. Əyləncəni sonrakı gecəyə saxladığınız üçün bu axşam bir az yavaşlayın. Televizoru bağlayın və söhbət edin. Öpüşərək, qucaqlaşaraq gecəni tamamlayın.

6-cı gün

Nahar fasiləsində, yaxud işdən sonra idman zalına gedin. Əgər proqramınız uyğundursa, partnyorunuzla birlikdə gedin. Məşq kişilərdə ereksiya probleminə də yaxşı təsir edir. Özünüzə bir az zaman ayırın. Bir çox kişi seksdən sonra stressdən xilas olur, amma bir çox qadın seksdən əvvəl rahatlamalıdır. Seksdən əvvəl özünüzü rahatlamağın bir yolunu tapın. İdman bunun üçün yaxşı bir yoldur. Məşq edə bilmirsinizsə, rahatlaşdırıcı bir duş da qəbul edə bilərsiniz.

7-ci gün

Əgər həftəsonudursa, deməli, təmizlik, alış-veriş və müxtəlif məşğuliyyətlərlə vaxt keçirəcəksiniz. Bunun əvəzinə istirahət etməyə çalışın. Əyləncəli bir şey planlaşdırın. Kinoya gedin, boilinq oynayın. Xüsusi bir həftəsonu keçirin. Özünüzə erotik və romantik kitablar alın. Yatağa girdikdən sonra bir-birinizə kitab oxuyun.

8-ci gün

Ağırlıq qaldırma məşqi edin. Fitness proqramınıza ağırlıq qaldırmanı da daxil edin. Bu, seks istəyi üçün lazım olan testosteronun ifraz olunmasına səbəb olacaq. Həftədə 2-3 dəfə, 20-30 dəqiqə buna vaxt ayırın.
Daha yaxşı və tutarlı bir orqazm üçün özünü kəşf etmək ən yaxşı yollardan biridir. Xoşunuza gələnləri fərq etdikdə bu barədə tərəf müqabilinizə də deyin. Bir neçə gün əvvəl cəhd etmək istədiyiniz yeni seks fəaliyyətləri haqqında danışmışdınız. Bu söhbəti yenidən açın. Lazımlı planlar tutun. Bir sonrakı gecə tətbiq edəcəksiniz.

9-cu gün

Bir az da yoqa ilə məşğul olun. Bu, beyninizdəki düşüncələri sakitləşdirəcək, gecə ehtirasa gəlməyi asanlaşdıracaq. Telefonlarınızı və kompüterləri söndürün. Bu gecənin seks fəaliyyəti ikinizdən birinin sınamaq istədiyi bir yenilik olsun. Fərqli məkanda fərqli poza da işə yarayacaq. İlk addımı siz atın.

10-cu gün

Birlikdə ürəkdən gülün. 15 dəqiqə danışdıqdan sonra məzəli nəsə edin. Münasibətlərdə ən əhəmiyyətli bağlayıcılardan biri yumor anlayışıdır. Yanyana oturun. Əl-ələ tutun və əylənin. Sevgilinizə kiçik bir sürpriz edin. Gözlənilməz bir kompliment və ya kiçik bir hədiyyə ola bilər. Özünüzü də bir az əzizləyin. Gözəl bir gecə geyimi və ya yeni bir pomada ola bilər.

11-ci gün

Bu gecə də çölə çıxın. Çox bahalı bir yer olmasına ehtiyac yoxdur, amma həftədə bir-iki gecə çölə çıxmaq münasibətlərinizə yaxşı təsir edəcək. Məqsəd birlikdə bir şey etməkdir. Ətirlər həqiqətən çox güclü bir afrodizyakdır. Toxunma seansını təkrarlayın. Masaj edin, ovun və bir-birinizlə oynayın. Vibrator və ya tük istifadə edə bilərsiniz.

13-cü gün

Masaj edin. Şəhvətli təmas seks hormonu olan oksitosinin ifraz olunmasına səbəb olacaq. Bir-birinizə edəcəyiniz masaj ikinizə də yaxşı təsir edəcək. Bu gecə də seks olmasın.

13-cü gün

Qiymətləndirmə edin və bu barədə danışın. Bu təcrübə haqqında nə düşünürsünüz? Olanlar sizi məmnun etdimi? Tərəf müqabiliniz bu vəziyyətə nə deyir? Onunla seks haqqında danışın, seksdən əvvəl bir az oyun oynayın. Əyləncəli və yüngül bir mühit yaradın. Keçən iki həftə haqqında danışın və sizin üçün əhəmiyyətli olan məqamları seçin.

14-cü gün

Səhər seksinə nə deyirsiniz? Səhərlər seksin faydası olduğunu xatırlayın. Uzun davam etməsinə ehtiyac yoxdur, hətta orqazm olmanıza belə ehtiyac yoxdur. Yalnız bir az yaxınlıq və istilik kifayətdir.

Ailə və Uşaq     Baxılıb: 4798   Tarix: 21 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

turlar.az

qis geyimləri 2026 geyim və ayaqqabılar reseptler zeytun mürəbbəsi atalar sozu veten haqqinda zeytunun hazirlanmasi şaftalının xeyri kosmetika əqrəb haxisda yutube səməd vurğun usaq seirleri