Seks video qalmaqalındakı direktorun qaranlıq keçmişi... – Yaxın qohumundan ŞOK AÇIQLAMALAR

Seks video qalmaqalındakı direktorun qaranlıq keçmişi... – Yaxın qohumundan ŞOK AÇIQLAMALARŞəmkirdəki Aşağı Seyfəli kənd məktəbinin direktoru Akif Namazovun keçmişi haqqında maraqlı faktlar üzə çıxıb.
Direktorun yaxın qohumu, Aşağı Seyfəli kənd sakini Məhərrəmov Zülfüqar Daşdəmir oğlu musavat.com-a bu barədə açıqlamalar verib.
Onun sözlərinə görə, oğlu Əli Məhərrəmov adı qalmaqalda hallanan məktəbdə hazırda gözətçi işləyir. Və direktorun gecə ilə onun ofisinə kiminsə girib, kompüterdən məlum videoların silinməsi yalandır. Belə ki, Z.Məhərrəmovun dediyinə görə, həmin gecə direktor özü 3-4 nəfər ilə məktəbə gələrək içəridə kompüterlə bağlı iş aparıb.
Gecə növbəsində gözətçi olan Əliyə isə evə getmək təlimatını verib: "Akif mənim qohumumdur. Yoldaşımın bibisioğludur. Həmin axşam özü 4 nəfər ilə məktəbə gəlib. Oğlumu da yanına çağırıb deyib ki, "Sən get, biz burda işləyəcəyik". İşlərini bitirəndən sonra isə 102-yə zəng ediblər ki, guya direktorun otağına kimsə girib.
Açıqlamasında isə bildirib ki, guya bununla bağlı kimlərisə dindiriblər, onlar da polisə pul verib, canlarını qurtarıblar. Şəxsən məndə pul da yoxdur, kiməsə verməyə... Polis onun kimi rüşvətxor deyil. Özüm polisə gedib dedim ki, əgər mənim oğlumla bağlı nəsə bir cinayət işi varsa, onun cəzasını verib, tədbir görün. Oğlumu da hədələyib ki, səni də işdən çıxardacam, Xatirədən (laborant işləmiş Xatirə Əliyevanı nəzərdə tutur) sonra sənsən, növbədə... Hələ ki, çıxartmayıblar. Amma oğlumun adını hallandırır ki, guya, kiminləsə əlbir olub".
Akif Namazovun yaxın qohumu olan Zülfüqar Məhərrəmov onun əvvəllər həbsdə olması barədə məlumatı təsdiqləyib: "Sovet dövründə Gəncə Pedaqoji Universitetində tələbə olarkən həbs edilib. Bildiyimə görə, həbsini Rusiyada çəkib. Həbs olunma səbəbi isə kimlərinsə barəsində saxta, anonim məktublar yazması olub. Oğluna gəldikdə isə, bəli, bu məlumat da doğrudur. Lakin onun hansı səbəbdən həbs olunduğu barədə müxtəlif məlumatlar var. (Qeyd: Laborant işləmiş Xatirə Əliyevanın musavat.com-a verdiyi açıqlamaya görə, direktorun oğlu 2016-cı ildə gənc əsgərlərdən "reketçiliklə" pul aldığına görə 6,5 il müddətinə həbs cəzası alıb.)
Akif Namazov əvvəllər Milli Elmlər Akademiyasının Tarix şöbəsində işləyib. Təxminən 2001-ci illərdə kəndə qayıdıb. Gəldikdən sonra bizim məktəbdə qruplaşma yaradıb, neçə direktorun barəsində biabırçı, rüsvayçı şikayətlər yazdırıb, onları həyatlarından bezdirib, işdən getmələrinə səbəb olub. Heç olmasa, Akif Namazov Azərbaycan polisini şərləməsin. Əgər sizin qəzetiniz və ya saytınız vasitəsi ilə mənim oğlumdan və polisdən üzr istəməsə, mənim deyiləcək çox sözlərim olacaq".
Zülfüqar Məhərrəmov həmkəndlisi Xatirə Əliyeva barəsində isə bunları bildirib: "Mən özüm Seyfəli kənd sakiniyəm. Xatirə xanım ziyalı ailəsində anadan olub. Onun anası da müəllimədir. Getdiyi yer də yaxşı ailədir. Mən onu qanacaqlı, mərifətli xanım kimi tanıyıram. Hələ kənddə onun heç bir söz-söhbəti eşidilməyib".
Məsələ ilə əlaqədar əməkdaşımız Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Əməkdaşımıza bildirilib ki, məktəbdə yaşanmış qalmaqalla bağlı Şəmkir Təhsil Şöbəsi tərəfindən aparılan araşdırma davam etdirilir, son nəticə tezliklə mətbuata açıqlanacaq.

Xəbərlər     Baxılıb: 2426   Tarix: 13 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

turlar.az

donlar 2026 geyim seçimi makiyaj instagram seksual pozalar çolkalı saç modelleri praktik kosmetoloq kosmetika aydin sani insan novruz bayramı seksual uşaq nece olur