Selena Qomez ağır xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb
Tez-tez artıq çəkilərinə görə tənqidlərlə üzləşən dünyaca məşhur müğənni Selena Qomez iradlara cavab verib.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, o ilk dəfə ağır xəstəliyindən danışıb.
Sənətçi, SIBO (kiçik bağırsaq bakteriyasının çoxalması sindromu - red.) xəstəliyindən əziyyət çəkdiyini bildirib:
"Bağırsaq problemi məni xəstə edib. Zaman-zaman daha da pisləşir. Görünüşümün necə olmağı məni maraqlandırmır. Mən sadəcə bir insanam" deyə Qomez bütün qınaqlara cavab verib.
Xatırladaq ki, bundan əlavə, müğənni uzun müddətdir ki, nadir otoimmün xəstəlikdən - sistemik lupus eritematozdan əziyyət çəkirdi. Xroniki xəstəlik ciddi fəsadlara səbəb oldu və 2017-ci ildə dostu Fransia Raisanın donorluğu ilə böyrək transplantasiyası həyata keçirilib.
Qomez bir müddət əvvəl səhhətindəki problemlərə görə uşaq sahibi ola bilməyəcəyini etiraf etmişdi.
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Alimlər demensiyanı əvvəlcədən göstərən yeni əlamət tapdı
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
Cövdət aktrisa xanımı ilə - Foto
İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları
Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?
Daha bir əfsanə Azərbaycana gəlir
Məşhur müğənni barədə istintaq başladıldı
100 yaşa qədər yaşamaq istəyənlər qəhvəni nə vaxt içməlidir? – Mütəxəssisdən tövsiyə