Şəmkirdə direktorla müəllimin seks qalmaqalı BÖYÜDÜ: səsyazısının TƏFƏRRÜATI - AUDİO

Şəmkirdə direktorla müəllimin seks qalmaqalı BÖYÜDÜ: səsyazısının TƏFƏRRÜATI - AUDİOŞəmkir rayonunun Aşağı Seyfəli kəndinə yerləşən M.Süleymanov adına tam orta məktəbindəki qalmaqalla bağlı araşdırmalar hələ də yekunlaşmayıb. Bu haqda Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov məlumat verib.
Xatırladaq ki, Aşağı Seyfəli kəndinin icra nümayəndəsi Ədalət Əliyev (13.02.2107) araşdırmaların yekunlaşdığını bildirmiş, Təhsil Nazirliyinin verdiyi qərara əsasən, Xatirə Əliyevanın haqlı olaraq işdən uzaqlaşdırıldığı və direktorun öz vəzifəsində qaldığını demişdi.
Qeyd edək ki, Şəmkir Rayon Təhsil Şöbəsindən Modern.az-a verilən rəsmi açıqlamada araşdırma nəticələrinin yanvarın 12-si, günün ikinci yarısında elan olunacağı bildirilirdi. Amma bu gün yanvarın 14-ü olmasına baxmayaraq nəticələr hələ də açıqlanmır.

Modern.az saytının əldə etdiyi məlumata görə, araşdırmaların yekunlaşmamasına səbəb məlum səsyazısıdır.
Səsyazısında diplomuna imtina gəlmiş müəllimdən 500 manat rüşvət tələb olunur.Amma təfərrüata varılmır. Modern.az-a verilən məlumatda bildirilib ki, söhbət müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi zamanı keçirilən imtahanların birinci mərhələsindən gedir.

Məlum olduğu kimi Təhsil Nazirliyi respublikanın şəhər və rayonlarında dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirir. Şəmkirdə keçirilən diaqnostik qiymətləndirmə zamanı Aşağı Seyfəli tam orta məktəbində bir neçə müəllimin diplomlarının saxta olduğuna əsaslar yaranıb. Lakin Təhsil Nazirliyi tərəfindən aparılan obyektiv araşdırmalardan sonra yalnız bir müəllimənin diplomunun saxta olduğu təsdiqlənib.

Bu barədə məktəb direktoru Akif Namazov və laborant Xatirə Əliyeva məlumatlandırılıb. Eyni zamanda Təhsil Nazirliyindən onlara bildirilib ki, müəllimlər nazirliyin saytındakı hesablarına daxil olaraq nəticələr barədə məlumat öyrənə bilərlər. Məktəbdəki müəllimlərin çoxunun kompüterdən istifadə bacarığı, internetə çıxış imkanları olmadığını fürsət bilən direktor Akif Namazov müəlimlərə diplomlarının tanındığı xəbərini verməyib. Əksinə isə "Təhsil Nazirliyində tanışım var, pul müqabilində məsələni həll etməyi üzərinə götürür", deyərək köməkçisi Xatirədən müəllimlərə bu barədə məlumat verməsini istəyir.
Səsyazısındakı 500 manat da məhz guya Təhsil Nazirliyində işi görəcək şəxsə çatacaq olan puldur.
Halbuki Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə apararkən bütün prosedur elektron qaydada həyata keçirilib. Burada məqsəd saxta diplomları aşkarlamaq, müəllimlərin əmək haqqını qaldırmaqdan ibarət olub.
Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən nəticələr açıqlanmasa da, ilkin məlumatlara görə, direktorun işdən uzaqlaşdırılacağı və məsuliyyətə cəlb olunacağı bildirir.

Bildirək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.

Xatırladaq ki, direktor Modern.az-a açıqlamasında Xatirə Əliyeva barədə ağır ittihamlar irəli sürüb. Eyni zamanda direktora yaraşmayan ifadələr işlədib.
Xatirə Əliyeva da öz növbəsində başqa KİV-lərə açıqlamasında direktor barədə nalayiq ifadələr işlədib.
Modern.az məlum səsyazısını bir daha təqdim edir:

Mənbə: modern.az

Xəbərlər     Baxılıb: 2085   Tarix: 14 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

toy gecesi sade makiyaj sekilleri reseptler dəridə səpkilər hamileliyi pozmaq ucun valideynlərə məsləhət göz xəstəlikləri kosmetika janrlar novruz bayramı haxışta faydalı məsləhətlər zəhmət bayraq