Sən demə, bədənə banka qoymaq olmaz: "Qan ölür və ciyərlər…"

Sən demə, bədənə banka qoymaq olmaz: "Qan ölür və ciyərlər…"Türkəçarənin növlərindən biri olan hacamat, yəni soyuqdəymə, ağrılar zamanı bədənin müxtəlif hissələrinə banka qoyulması qətiyyən düzgün deyil".

BizimYol.Biz xəbər verir ki, bunu "Report"a açıqlamasında fizioterapevt Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bu gün dünyada hacamatdan istifadəyə qadağa qoyulur: "Təəssüf ki, Azərbaycanda bədənin müxtəlif hissələrinə banka qoyulması üsulundan hələ də istifadə olunur. Banka qoymaq insan orqanizmi üçün çox zərərlidir. Əvvəllər onurğa həkimi olmadığından soyuqdəymə, qulunc kimi problemlər yarananda insanların şəfa tapması üçün banka qoyulması üsulundan istifadə edilirdi. Belə ki, həmin dövrdə banka qoyulan yeri çərtib, toplanmış qara qanı çıxarırdılar. Çünki banka qoyulduqdan sonra onun yerində yaranmış qan-toxuma ölür. Həmin qan sonra yavaş-yavaş sovrulur və qaraciyərin yüklənməsinə gətirib çıxarır. Qaraciyər də orqanizmə təzə qan vermək üçün həmin ölmüş qanı özünə çəkir".

Həkim banka qoyulduqdan sonra qaraciyərin yüklənməyə başladığını deyərək, nəticədə insanlarda bu orqanla bağlı şikayətlərin yarandığını bildirib: "İnsanlar qaraciyərlərinin ağrıması, şişməsi, serroz problemlərindən şikayətlənirlər. Qaraciyərin xəstəliklərini yaradan amillərdən biri də banka qoyulması, ölmüş qanla yüklənməsidir. Ona görə də dünyada hacamat yığışdırılır. Hazırda ölkəmizdə qadınlar daha çox banka qoydurur. Amma keçmişdə bankanı qanın təmizlənməsi, uzunömürlü olmaları kişilərə qoyurdular. İndi isə ölmüş qan orqanizmdə qaldığından banka qoymaq məsləhət görülümür".

Xəbərlər     Baxılıb: 2517   Tarix: 31 dekabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

turlar.az

geyim seçimi yaz geyimleri 2026 geyim necə seçməli saç maskaları zeytunun hazirlanmasi interyer dizayni fitrə kimlərə verilir kosmetika baliq burcu hakista baldıza aid hakışta sirniyatlar burclerin uyumu