"Sən necə kişisən?! Sabah küçəyə necə çıxacaqsan?" - Nadir Qafarzadədə (VIDEO)
ARB TV-nin "Səhər-Səhər" proqramının növbəti qonağı müğınni Nadir Qafarzadə olub.
BAKU.WS-in məlumatına görə, maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, verilişin aparıcısı Elgiz Əkbərin "Belə bir məsələ çıxıb ortaya, hamı çalışır tanınsın, onu göstərsinlər. Bu məsələyə necə baxırsınız?" sualını cavabsız qoymayıb. "Son zamanlar efirlərdə sosial verilişlərin sayı artıb. İnsanlar evlərində nə oldu, üzr istəyirəm, necə yatır gəlib danışır: "Arvadım üzünü o tərəfə çevirib yatdı, mən bu tərəfə yatdım" və yaxud "Arvadım pəncərədən qaçdı. Onu axtarmağa mənə kömək edin.
Bilirsinizmi, ev sirrini ictimailəşdirmək olmaz. Evdə nə olursa o evdə də qalmalıdır. Ərlə arvad arasında nə olubsa, onu sən, mən bilməməliyik. Bəs sən kişi sabah küçəyə necə çıxacaqsan? Özü də gəlib efirdə elə kişi kimi oturur ki, "Ay camaat, mənə kömək edin arvadımı geri gətirim. Hardadırsa, razıyam". Elə şey olmaz axı. Bəs mənim oğlum, sənin uşağın onlardan nə dərs götürəcək?!".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin