Şeqren xəstəliyi. Gözlər və ağız quruyursa

Şeqren xəstəliyi. Gözlər və ağız quruyursaŞeqren xəstəliyi autoimmun xəstəlikdir. Bu nə deməkdir? Bizim immun sistemimiz orqanizmi bakteriyalar, mikroblar, viruslar və s. kimi sağlamlıq üçün təhlükə yarada bilən faktorlardan qoruyur, onlarla mübarizə edir.
Normada bu belə olmalıdır. Lakin bəzən immun sistemimiz orqanizmin öz sağlam hüceyrələrinə hücum etməyə və onları məhv etməyə başlayır. Bu autoimmun xəstəlikdir. Autoimmun xəstəliklərin inkişaf etmə səbəbləri hələ ki tam məlum deyil.
Şeqren xəstəliyi zamanı insanın immun sistemi daxili sekresiya vəzlərini (ilk növbədə tüpürcək və göz yaşı vəzlərini) zədələyir ki, onlarda iltihab yaranır və vəzlər tədricən məhv olur. Nəticədə ağız və gözlərin selikli qişaları qurumağa başlayır.
Saglamolun.az bildirir ki, xəstədə bu kimi simptomlar inkişaf edir:
- ağız suyunun miqdarı azalır, ağız suyu daha qatı olur, ağızda daim quruluq hiss olunur,
- dodaqlar quruyur, üzərində qabıqlar əmələ gəlir,
- dildə və ağzın kənarlarında çatlar əmələ gəlir,
- yemək yedikdə ağız suyu qidanı isladır ki, bu udma prosesini asanlaşdırır. Şeqren xəstəliyi zamanı insan quru qidaları qəbul etdikdə əziyyət çəkir, qidanı uda bilmir, qida qəbulu zamanı tez-tez su içməli olur.
- ağız suyunun az olması kariesin daha da sürətli inkişafına səbəb olur,
- qulaqətrafı tüpürcək vəziləri böyüyür ki, insanın üzünün forması dəyişilir,
- gözlərdə yanma, işıqdanqorxma hissi yaranır,
- göz qapaqları qızarır və iltihablaşır.
Vaxt keçdikcə dərinin tər və piy vəziləri zədələnə bilər. Bu isə dərinin qurumasına və daha tez qocalmasına səbəb olur. Digər orqanlarda (burun-udlaq, ağ ciyərlər, mədəaltı vəzi, qara ciyər, sidik-cinsiyyət sistemi, oynaqlar) olan vəzlər da zədələnir. Bu isə müxtəlif pozulmaların (pnevmoniya, atrofik qastrit, iybilmənin və eşidmənin pozulması, oynaqlarda pozulmalar və s.) inkişafına səbəb olur.
Müasir tibdə Şeqren xəstəliyinin səbəbləri məlum deyil. Belə hesab olunur ki, streslər, soyuqlamalar, keçirilmiş infeksion xəstəliklər Şeqren xəstəliyinin inkişafına təkan verə bilər.
Bu xəstəlik daha tez-tez qadınlarda inkişaf edir.
Xəstəliyin diaqnostikası zamanı xüsusi qan analizləri, göz yaşlarının ifrazını "ölçən"  xüsusi test (Şirmer testi) və s. müayinələr istifadə olunur.
Xəstəliyin müalicəsi xəstəliyin ağırlığından asılıdır. Daha yüngül formalarda yerli vasitələr - süni göz yaşı preparatları, ağız boşluğunu nəmləndirən preparatlar, nəmləndirici üz kremləri - istifadə olunur. Xəstəliyin daha ağır formalarında hormonlar və sitostatik preparatlar istifadə olunur.
Həmçinin xəstə tez-tez maye qəbul etməli, kondisionerlərdən istifadə etməməli, streslərdən uzaq olmalı, pis vərdişlərdən imtina etməlidir.
Şeqren xəstəliyi çox ciddi xəstəlikdir. Lakin onu nəzarətdə saxlamaq və ağırlaşmaların qarşısını almaq mümkündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1227   Tarix: 04 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

yemek reseptleri makiyaj etmek qaydalari sac duzumleri hakışta xınayaxdı hicab haqqinda zorlama biskvitli tort resepti kosmetika novruz bayramına aid hakışta novruza aid hakistalar novruz bayramina aid toy gecesı novruz hakisdalari