Serebral (beyin) araxnoidit
Araxnoidit - baş beyin və onurğa beynin yumşaq qişalarının, əsasən hörümçəyəbənzər qişasının iltihabıdır.
Etiologiyası və patogenezi:
Səbəb amili kimi qrip, revmatizm, xroniki tonzillit, rinosinusitlər, otitlər, bir sıra ümumi infeksiyalar və kəllə-beyin zədələri çıxış edir.
Klinikası:
Xəstələr baş ağrısı, başda ağırlıq hissi, başgicəllənmə, ürəkbulanma, əqli və fiziki iş zamanı tez yorulma və əhvalın pisləşməsi, əsəbilik, ürək və epiqastral nahiyədə xoşagəlməz hissdən şikayətlənirlər.
Ocaq əlamətləri araxnoiditin lokalizasiyasından asılıdır.
Diaqnostika:
Diaqnoz klinik mənzərənin və gedişin kompleks qiymətləndirilməsinə, eləcə də əlavə müayinə üsullarına əsaslanmalıdır. Kranioqramlar kəllədaxili təzyiqin yüksəlməsinin dolayı əlamətlərini aşkar edilə bilər.
Elektroensefaloqrammada konveksital araxnoidit zamanı lokal biogərginlik dəyişmələri aşkar olunur. Diaqnoz qoyulan zaman xəstəliyi digər patologiyalarla differensiyasiya etmək mütləqdir.
Müalicəsi:
Araxnoiditin kəskin mərhələsində differensə olunmayan və olunan müalicə aparılmalıdır.
Differensə olunmayan müalicə iltihab əleyhinə, desenzibilizə edici, allergiyaya qarşı, həmçinin orqanizmin müqavimətini yüksəldən vasitələri əhatə edir. Bu məqsədlə qlükokortikoidlər və histaminəleyhinə preparatlar tətbiq olunur.
Differensə olunmuş müalicə etioloji amildən, xəstəliyin mərhələsindən və prosesin lokalizasiyası ilə şərtlənən klinik formalardan asılı olaraq aparılır. Salisilatlar, qeyri-steroid tərkibli iltihabəleyhinə preparatlar - indometasin, mefenam turşusu, brufen tətbiq edilir.
Milli.Az / news.milli.az









Xiyarın möcüzəvi faydaları
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
İşdə nə edək ki, daha az yorulaq
Enerji içkisi sevənlər oxusun
Sağlam qaraciyər üçün qəhvə için
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR
Gözümüzü məhv edə biləcək eynəklər var
Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər