"Serialda rol alan qızlara əxlaqsız təkliflər edir" - Rejissor haqqında şok ittihamlar
ATV-də efirə gedən "Aldanmış hisslər" serialının aktyoru Famiz Hüseynov ekran işinin rejissoru Faiq Nağıyevi ittiham edib.
Open.az xəbər verir ki, aktyor sosial şəbəkədə yaydığı videoda bildirib ki, rejissor qonorarları ödəmədiyi və gənc aktrisalara əxlaqsız təklif etdiyi üçün serialdan uzaqlaşıb:
"Mən "Aldanmış hisslər" serialında rol alırdım, artıq serialdan uzaqlaşdım. Səbəb rejissor Faiq Nağıyevin özbaşınalığıdır. Aktyorların qonorarını kəsir, haqsızlıq edir. Mən haqsızlığa dözən adam deyiləm. Serialda rol almağa başlayan gənc qızlara iyrənc təkliflər edilir. Deyir, serialda rol almaq istəyirsənsə, mənimlə münasibət qurmalısan, aramızda münasibət olmalıdır. O serialdan, rejissordan uzaq olun. O insanlar kinoya, filmə, seriala ləkədir".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür