Sərinkeşin qarşısında yatmaq zərərlidir?

Sərinkeşin qarşısında yatmaq zərərlidir?Sərinkeşin (ventilyatorun) altında yatmaq, xüsusilə isti yay gecələrində bədəni sərinlətdiyi üçün rahat görünə bilər. Lakin bu vərdişin sağlamlığa mənfi təsirləri ola bilər və bir sıra riskləri özü ilə gətirir
Milli.Az bildirir ki, ən çox rast gəlinən problemlərdən biri əzələ tutulması və ağrılardır. Sərinkeşdən gələn davamlı soyuq hava axını boyun, kürək və bel nahiyəsini soyudaraq əzələlərin gərginləşməsinə səbəb olur. Bu da yatdıqdan sonra səhər oyananda boyun və çiyin ağrısı, hərəkət məhdudluğu kimi narahatlıqlar yarada bilər. Uzun müddət belə yatmaq əzələ-oynaq sistemində xroniki problemlərə də yol aça bilər.
Digər bir ciddi məqam isə nəfəs yolları ilə bağlıdır. Ventilyator otaqda olan toz, polen, tüklər və digər allergenləri havada dövr etdirdiyi üçün bu maddələri nəfəs yolu ilə bədənə daxil etmək riski artır. Xüsusilə allergiyası, sinusiti və ya astması olan insanlar üçün bu, ciddi tənəffüs problemlərinə səbəb ola bilər. Gecə boyu havadakı quru və tozlu axın burun quruluğu, boğaz yanması və öskürəklə nəticələnə bilər. Bundan əlavə, ventilyator havanı qurutduğu üçün dərinin və selikli qişaların qurumasına da səbəb ola bilər. Belə hallar qarşısında ən yaxşı üsul sərinkəşi birbaşa bədənə yönəltməmək, hava axınını otağın ümumi dövranına istiqamətləndirmək və mümkün qədər aralıdan istifadə etməkdir. Həmçinin otağı gündəlik havalandırmaq və nəm səviyyəsini qorumaq da sağlamlıq baxımından faydalı olar.
Milli.Az

Xəbərlər     Baxılıb: 1198   Tarix: 15 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

turlar.az

aksessuarlar gözəllik məhsulları yay geyimləri 2026 pizzalar cemli piroq dəridə ləklər orucluqda cinsi əlaqə kosmetika salatlar insan qaynanaya aid vətən haqqında bayatı gozde olar