Şərq ölkələrinin möcüzəvi bitkisi -Faydası saymaqla bitmir

Şərq ölkələrinin möcüzəvi bitkisi -Faydası saymaqla bitmirMöcüzəvi bitki olan cəfəri vitamin və minerallarla zəngindir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, təbiətdə ən çox şərq ölkələrində bitir. Onun toxumlarından və gövdəsindən də dadlandırıcı məqsədlərlə istifadə olunur.
Bu bitkinin tərkibində orqanizm üçün lazım olan çoxlu faydalı maddələr var. Onun tərkibi A, B, C, K, E, PP vitaminləri, fol turşusu, maqnium, kalium, kalsium,dəmir, yod, marqanes, sink, ftorla zəngindir.
Cəfəri iştahanın artması, anemiya, anoreksiya, depressiya, mədə yaraları və qastrirlər, revmatizma, həzm sistemi pozğunluqları zamanı çox faydalıdır. O, bağırsaqların peristaltikasını aradan qaldırmaq və qəbizliyin müalicəsi üçün vacib qidalardan sayılır.
Davamlı olaraq istifadə etmək qaraciyərin içinin stimulyasiya olunmasına səbəb olur. Cəfəri dişlərin ağarmasına, diş və diş əti xəstəliklərinin sağalmasına səbəb olur.
Xalq təbabətində cəfəridən arterial təzyiqin aşağı salınması, ödqovucu, ümumi möhkəmləndirici və sidikqovucu məqsədlərlə istifadə edilir. Onun qanda şəkərin miqdarını nəzarətə almaq və aşağı salmaq qabiliyyəti var.
Tərkibində marqanesin çox olması cəfərinin sümük iliyinin bərpa olunmasına kömək edir. Cəfəri çeynəmək nəfəsi təravətləndirir və hətta ağızdan gələn sarımsaq iyinin aradan qaldırır.
Cəfəri böyrəküstü, mədəaltı, qalxanabənzər vəzin fəaliyyətinə də təsir edə bilir. Şəkərli diabet, konyuktvit, oftalmin, katarakt, bəzi sidik-cinsiyyət üzvlərinin xəstəlikləri, artıq mayenin yığılması zamanı cəfəridən istifadə etməkdə fayda var.Cəfəridən kosmetologiya sahəsində də geniş istifadə olunur. Onun tərkibində A vitamninin çox olması dəridəki qırışların aradan qalxmasına, dərinin rənginin durulaşmasına, tonuslanmasına səbəb olur.
Bu bitkidən hazırlanan dəmləmə dəridəki qara nöqtələrdən xilas olmağa yardım edir. Bunun üçün 50 qram cəfərini 500 ml suda 15 dəqiqə qaynatmaq və soyuduqdan sonra gündə 3 dəfə bu dəmləmədə isladılan tamponla üzü silmək lazımdır. Dəridəki həssaslığı aradan qaldırmaq məqsədilə eyni miqdarda dərman zəncirotu və cəfərinin şirəsini qarışdırıb 12 saat saxlamaq və üzü silmək lazımdır. Bu dərinin piqment ləkələrindən də xilas olmasına səbəb olur.
Cəfərinin zərərli xüsusiyyətrləri:
Cəfərinin də digər göyərtilər kimi zərərli xüsussiyyətləri var. Onu hamiləliyin birinci üçaylığında istifadə etmək məsləhət görülmür. Buna səbəb isə cəfərinin sidikqovucu təsirə malik olmasıdır.
Uşaq əmizdirən analara da cəfəri yeyərkən diqqətli olmalıdırlar. Belə ki, onun tərkibində olan efir yağları körpə uşaqlarda qıcıqlanmalara və həssaslığın artmasına səbəb ola bilir.
Nefrit, podaqra və sistit zamanı da cəfəridən istifadə eləmək məsləhət görülmür. Bu xəstəliklərin əlamətlərinin artmasına səbəb ola bilir.
Cəfəri suyunun faydaları?
• Xüsusilə qış aylarında immunitet sistemini gücləndirir, qrip, bu kimi xəstəliklərdən qoruyur.
• Daimi qəbul olunsa dəri, döş və prostat vəzi xərçəngi ehtimalından qoruyur.
• Yeni hüceyrələrin bərpa olunmasına kömək edir.
• Ürək və damar sağlığını qoruyur, ürək tutmasından qoruyur.
• Sidik yolu infeksiyanın qarşısını alır, sidikqovucu təsiri var.
• Qaraciyərin təmizlənməsində rol oynayır.
• Yağ yandırıcı təsiri olduğu üçün arıqlamğa kömək edir.
• Dəmir çatışmazlığını aradan qaldırır, qansızlıq problemində həll yoludur.
• Xüsusi ilə qadınlarda afrodizyak təsiri yaradır.
• Yaşlanma əleyhinə təsirlidir.
• Aybaşı dönəmindəki ağrıları yüngülləşdirir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1272   Tarix: 05 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geyim dəbləri toy makiyajlari toy gecesi maskaların hazırlanması qoç bürcü zaur gunay burc xelife kosmetika salam burclerin uygunlugu masturbasiya prostat efsane