Səsvermədə saxtakarlıq edilib?
"5/5" verilişinin "Kimi bəyənirsiniz?" rubrikası ətrafında qalmaqal yaranıb.
Axşam.az-ın məlumatına görə, verilişdə bu dəfə müğənni Manaf Ağayevlə Əflatun Qubadov səsverməyə qoyulub. İlk günlər aparıcı Zaur Kamal Ə.Qubadovun öndə olduğunu elan edib. İnstaqramda aparılan səsvermədə daha sonra M.Ağayev önə keçməyə başlayıb.
Z.Kamal proqramda açıqlama verərək, bildirib ki, səsvermədə saxtakarlıq olub. Belə ki, qəfildən səslər Manafa verilib. Onun adının yazıldığı profillər isə xaricdən olub. Z.Kamal "Xüsusi proqram vasitəsiylə pul qoyub özünə səs verdirir. Yalnız Azərbaycandan gələn səslər hesablanacaq" deyə bildirib.
Saxta səslərin dayanmadığını görən proqramın yaradıcı heyəti müğənnilərdən heç birini qalib elan etməyib. Z.Kamal efirdə sosial şəbəkədə yazılan şərhləri M.Ağayevə göstərərək ona söz atıb:
"Şərh 60 mini gəlib keçdi. Şərhlər arasında xarici vətəndaşlar çox oldu. Ola bilsin ki, Manafın da, Əflatunun da xaricdə fanatları var. Amma maraqlıdır ki, xaricilər eyni sözü kopi edib mənim də şəxsi profilimə göndərirlər. Eyni cümləni fərqli adlarla atırlar. Bunlar proqramla yazılıb. Şərhləri yazan adlar isə xarici vətəndaşlardır. Bunlar necə olur bilmirəm. Amma bu proqramla edilib. Ona görə də biz səsverməni dayandırdıq. Heç bir müğənninin səsini hesablamadıq".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz