SEVDA: "Kiminsə ərini əlindən ala bilərəm, o tərəfə də keçərəm..." - VİDEO

SEVDA: "Kiminsə ərini əlindən ala bilərəm, o tərəfə də keçərəm..." - VİDEO"ARB Ulduz"un efirində yayımlanan "Şou məkan" verilişinin növbəti qonağı olan müğənni Sevda Sanəliyeva şəxsi həyatı ilə bağlı eksklüziv açıqlamalar verib.
Qadinsayti.az xəbər verir ki, müğənni qızını ilk dəfə göstərdi: "Biz sizi balaca qızımla, Leylamla salamlayırıq. İlk dəfədir ki, balam efirə çıxır, tamaşaçıları salamlayır. İki ay yarımlığından artıq yavaş-yavaş məşhurlaşmağa başlayır. Mən təxminən 3-4 il ara vermək istərdim. Bir övlad tapa bilmirdim, Allah mənə ikisini birdən verdi. Çox şükür. Yenə də Allah bir sürpriz etsə, yenə də istəyirəm. Beş dəfə də etsə, beş dəfə də istəyirəm".

Sənətçi uzun müddət övladsız qalmasından, müalicələrindən, min dərədən su daşımasından dili, dodağı yanmış kimi danışdı: "Hələ ailə qurmamışdan öncə müalicələr alırdım. Həkim müayinə edəndən sonra demişdi ki, nə vaxtsa ailə qursan, uşağın olmayacaq. Mən illərlə müalicə aldım. Ancaq heç bir təsiri olmadı. 7 il çox böyük stress keçirdim. Ona görə, bir müddət efirlərdən uzaqlaşdım. Türkiyədə və Moskvada müalicə aldım. Həkimlərin hamısı eyni cavabı verirdi ki, uşağın olmayacaq. Müalicələri kəsdiyim vaxtda, iynə və dərmanlardan uzaqlaşdığım bir vaxtda hamilə oldum. Sən demə, iynə, dərman qəbul etmək lazım deyilmiş. Hər şey Allahın iradəsi ilə imiş".

Müğənni ilk evliliyinin mənasız bir münasibət üzərində qurulduğunu elə ilk gündən anladığını söyləyir: "İlk ailəm uğursuz oldu. Daha doğrusu, buna ailə də demək olmazdı. Nə yaşadıq ki, nə də gördük? Mən ailə qurduğum günün səhəri başa düşdüm ki, səhv etmişəm. Düzgün insan seçməmişəm. O, mənim üçün düzgün insan deyil, mən də onun üçün. Bunu başa düşdük və anlaşıb ayrıldıq".

Sevda Sanəliyeva ikinci, daha doğrusu elə özünün dediyi kimi birinci həyat yoldaşı deyə bəh-bəhlə danışdığı insanı yerə-göyə sığdıra bilmir: "İkinci həyat yoldaşım, o, mənim ikinci yox, elə birinci yoldaşımdır. Bir-birimizi çoxdan tanıyırdıq. Mənə çox dəstək oldu. İmkan vermədi ki, əhvalım pis olsun. Yoldaşım mənim qolum, qanadımdır, mənim gücüm, qüvvətimdir. Anam rəhmətə getdikdən sonra mən onun dəstəyi ilə ayağa qalxdım. İkinci həyatı Allahın izni ilə yoldaşım mənə verdi. O, mənə işimdə, mahnılarımda, geyimimdə, çəkilişlərimdə, ev işlərində dəstək olur. Haqqımda müxtəlif, boş-boş söhbətlər gəzir. Bir müddət gəzib axırda yorulub oturacaq. Heç ona cavab verməyə ehtiyac yoxdur. Özü üçün, ailəsi, uşaqları üçün çalışıb vuruşan bir insanam. Kiminsə ailəsini dağıtmaq mənə düşməz. Kiminsə ərini əlində almaq mənə düşməz. Heç kəsdən qorxmuram, edərəm, o yana da keçərəm. Ancaq Allah da var axı". BiG.AZ

Xəbərlər     Baxılıb: 2281   Tarix: 21 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Ödem atan bitki çayları hansılardır?

Gündəlik həyatda üz, əl, ayaq və ya qarın nahiyəsində yaranan şişkinlik hissi çox vaxt bədəndə artıq mayenin toplanması, yəni ödem ilə bağlı olur. Həddindən artıq duz istehlakı, az su içmək, hərəkətsizlik və stres bu vəziyyət

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

sade makiyaj sekilleri donlar 2026 yay geyimləri 2026 ataya aid atalar sozleri döş əmən kişilər dini geyimler şirniyyat resepti kosmetika novruz bayramına aid hakışta vətən həsrəti novruz hakistasi balıq novruz hakista