Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar"

"Axır vaxtlar arıqlamağım barədə çox suallar verirlər, bezməyə başlamışam. Mənim 100 kq çəkim olmayıb ki? Yəni, dolu olmuşam, o qədər də kök olmamışam".

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında əməkdar artist Sevda Ələkbərzadə deyib.

Sənətçi bildirib ki, xanımlar pəhriz saxlamaq üçün tənbəllik edirlər:

"Ümumiyyətlə, şəxsi xarakter daşıyan sualları sevmirəm. Bunu hardasa şəxsi sual hesab edə bilərəm. Amma insanlar çox maraqlanır. Bir çox xanımlar arıqlamaq istəyir. Bu da normal bir şeydir. Amma bizim xanımlar tənbəllik edir, pəhriz saxlamaq istəmirlər. Çəkimlə bağlı məni müzakirə etmələri bir müddətlikdir. Ondan sonra bu mövzular bitəcək, sənətimi müzakirə edəcəklər. Sadəcə insanlar indi şokdadılar".

S. Ələkbərzadə arıqlama üçün əməliyyat etdirməsi barədə yayılan şayiələrə aydınlıq gətirib:

"Heç bir əməliyyat etdirməmişəm. İstəsəm belə mümkün olan bir şey deyil. Mədə əməliyyatı üçün gərək insanın çəkisi 100 kq-dan artıq olsun. 60 kq çəkiyə sahib birini necə əməliyyat edə bilərlər? Bundan başqa əməliyyatlardan, həkimlərdən çox qorxuram. Düşünürəm ki, çox çəkim olsa belə əməliyyat olunmazdım. İnsan var ki, diş həkiminə getməyə çəkinir. Ağrıya dözümüm yoxdur, sevmirəm".

Əməkdar artist deyib ki, heç vaxt reklam arxasıyla qaçmayıb:

"Müğənni hər bir janırda mahnı ifa edə bilər. Təbii ki, bunu bacarırsa, belə addım atsın. Sənətin varsa, heç nədən qorxun olmur. Qocala, dəbdən düşə bilərsən. Məşhur ola bilərsən, ancaq populyar olmaq səndə alınmır. Və yaxud, populyarsan, ancaq sənətkar deyilsən. Şəxsən mən reklam arxasıyla qaçmamışam, başımı aşağı salıb işimi görmüşəm.

Heç vaxt kütləvi müğənni olmamışam, şəxsi istəyimlə belə addım atmamışam. Əsas odur ki, sənətimlə yadda qalım. İllər keçdikdən sonra geri çevirilib baxanda utanmaq istəmirəm. O qədər yaşlı və məşhur müğənnilər var ki, ancaq sənətlari yoxdur. Bunu ayıb hesab edirəm. İnsan yaxşı yaşlaşmalıdır".
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar"Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar"Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar"Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar"Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar"

Xəbərlər     Baxılıb: 2557   Tarix: 01 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

turlar.az

gozel gorunmek gelinlikler sac duzumleri şəxsi inkişaf fransiz qadinlari sac düzümləri bürclərin sevgi cədvəli kosmetika kökəlmək üçün kurtlar vadisi banan gozde olar rəksanə