Sevgilim deyə müraciət edirik bir-birimizə' - Nazpəridən gözlənilməz etiraf - VİDEO

Sevgilim deyə müraciət edirik bir-birimizə' - Nazpəridən gözlənilməz etiraf - VİDEOXalq artisti Nazpəri Dostəliyeva şok etiraf edib.
azxeber.com xəbər verir ki, ATV-də yayımlanan "Günün sədası" verlişinin qonağı olan xalq artisti Nazpəri Dostəliyeva şəxsi həyatından danışıb. 
Belə ki, müğənni bildirib ki, "Nə olar Allahım" mahnısında çəkilən Ramiz bəyə sevgilim deyə müraciət edir:
"Onu deyə bilərəm ki, "Nə olar Allahım" mahnısının təkrarı olmayacaq. Ola bilər ki, daha yaxşısı olsun və ya onunla eyni səviyyədə olsun. Həmin klipdə çəkilən Ramiz bəylə artıq 20 ildir ki, bir-birimizi görəndə "sevgilim" deyə müraciət edirik. O mənim əzizimdir, canımdır. Onu da ailəsini də çox istəyirəm. ( Gəzərkən yolda gülləri görüb gülümsəyir )
Mən gülləri çox sevirəm. Hətta öz bağımda hər cür gül yetişdirirəm. Mənim "qadın xoşbəxtliyi" adlanan gülüm də var. Mənim keyfim olmayanda həmin güllər solur. Sevgi barədə onu deyə bilərəm ki, sevgisi olmayan insan yoxdur. Mənə qarşı olan bu qədər sevgi-xalq sevgisi məyər qarşılıqsızdır? Onda mən nankor olaram ki,..."
Xalq artisti əməliyyat etdirən insanlar barəsində də danışıb:
"Əməliyyat etdirən insanlar da 2 cür olurlar. Bəziləri sadəcə öz istəkləri üçün edirlər. Bəzilərinə isə həqiqətən lazımdır. Hətta ehtiyacım olanda mən də gedəcəm. Mən əməliyyat etdirməmişəm. Etdirsəm bunu hamı biləcək. İndi jurnalistlər eşidəcəklər ki, "Nazpəri xanım əməliyyata girəcək." ( gülür) 
Aparıcının "Niyə mühafizəçi ilə gəzmirsiz"? sualına isə müğənni belə cavab verib:
"Müğənninin konsertində mühafizəçi olar. Amma belə sağımda biri, solumda biri gəzdirmək sevmirəm. Qəti şəkildə ona ehtiyac görmürəm. Cangüdən tutmaq mənim üçün ayıb olar. Əgər biri məni öldürmək istəsə, əminəm ki, onun yan-yörəsindəki insanlar buna icazə verməyəcəklər. Sənətə gələndə bir sənəti qorumaq , bir də insanlığı qorumaq lazımdır. Xalqımızı və musiqimizi qorumalıyıq. Cangüdənə isə heç vaxt ehtiyac yoxdur. Hətta yadıma gəlir ki, mən Zaqatalada konsertdə olan zaman, bir oğlan özünü səhnəyə atıb məni qucaqlamaq istədi. Hətta musiqiçilər də qorxdular ki, birdən mənə zərər yetirmək istəyər. Sonra oğlanın ürəyi getdi. İnanın mənə zərər gəlsə də, sevgidən gələn zərərə də razıyam."
Oksana

Şou Biznes     Baxılıb: 1150   Tarix: 10 avqust 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

"İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun" - Könül Kərimova

Əməkdar artist Könül Kərimova oğlu Rəşadın müğənni xanımla ailə qurmasını istəyib-istəməməsi ilə bağlı sualı cavablandırıb. Sənətçi bu haqda MTV-yə açıqlamasında danışıb. O, bildirib ki, müğənnilik peşəsi çətindir:. "Hə

.

Dünyanın ən gözəl qadını seçildi

73-cü "Miss Dünya" gözəllik müsabiqəsi başa çatıb. Bu il tarixdə ilk dəfə Vyetnamda, Khanh Hoa əyalətində keçirilən müsabiqənin qalibi Dominikan Respublikasını təmsil edən Cohayri Mola olub. O, müsabiqənin əsa

.

Türkiyədə məşhurlar saxlanıldı

İstanbulda məşhurların da aralarında olduğu şəxslərə qarşı narkotik əməliyyatı keçirilib. Əməliyyat Bakırköy Respublika Baş Prokurorluğunun apardığı "Məşhurlara qarşı narkotik araşdırması" çərçivəsində İstanbu

.

Yusif Mustafayev 17 kiloqram arıqlayıb

Əməkdar artist Yusif Mustafayev 17 kiloqram arıqlayıb. xəbər verir ki, sənətçi bu barədə "1001 Şou" verilişində danışıb. O, 103 kiloqramdan 86 kiloqrama qədər arıqladığını bildirib:. "Plan qoymuşam, özümü arıqladıram

.

Elgiz yeni verilişinin tarixini açıqladı

Tanınmış tele-aparıcı Elgiz Əkbər yeni verilişinin nə vaxt başlayacağını açıqlayıb. xəbər verir ki, aparıcının "Şadlıq olsun" adlı yeni layihəsinin ilk buraxılışı sentyabrın 7-si saat 15:00-da təqdim olunacaq. Aparıc

.

Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü

.

Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi

Türkiyəli aktrisa Biran Damla Yılmaz haqqında Almaniyada 6 ay müddətinə həbs cəzası verilib. Türkiyə mediası xəbər verir ki, aktrisanın botoks, dolğu və lazer prosedurlarından yaranan borcu 285 min avroya çatıb. İddialar

.

İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin

Teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirilib. xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib. "Hazırda Mərkəzi Klinikadayam. Dualarınıza ehtiyacım var. Hamınız haqqınızı halal edin. Vəziyyəti

.

Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun layihəsi ona tapşırıldı

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu ortaq paylaşımları ilə diqqət çəkiblər. xəbər verir ki, Namiq Qaraçuxurlu və Aygün Kazımova yeni duetlərinin müjdəsini veriblər. "Gəlirəm" adlanan duet

turlar.az

toy gecesi makiyaj etmek qaydalari yay geyimləri 2026 utunun altini nece temizlemek babil baglari süd vəziləri bulka reseptləri kosmetika rus dilini oyrenek 2ci ders vətən haqqında bayatı dovsan xanım az nagillar