Sevgilisinin evini yandırdı, sonra dama çıxıb rəqs etdi - VİDEO- FOTOLAR
25 yaşlı Mateou Rass İndiana polisinin nəzarəti altındadır.
O, sevgilisinin maşının açarlarını oğurlayaraq qızın maşınını əzib.
Polisin verdiyi məlumata görə qızın evinə yollanan əsəbləşmiş gənc əlində silah tutaraq həyətdə onu gözləyib.
Polislərin gəlib çatdığını görən gənc bıçaqla evə daxil olsa da, qız həyətə qaçmağa nail olub.
Evi yandıran Mateou daha sonra dama çıxaraq rəqs etməyə başlayıb.
Polislər onu rezin güllələrlə vurub yerə saldıqdan sonra o, xəstəxanaya aparılıb. Müayinə və müalicədən sonra Mateou Rass, istintaq təcridxanasına salınacaq.
Alov yanğınsöndürənlər tərəfindən söndürülsə də, evə ciddi ziyan dəyib.