Səyahət edənlər daha çox yaşayırlar

Səyahət edənlər daha çox yaşayırlarYeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, sağlam həyat tərzi dedikdə adətən idman, düzgün qidalanma və mütəmadi tibbi müayinələr nəzərdə tutulur.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, lakin son araşdırmalar səyahətin də sağlamlığı qoruyan mühüm amillərdən biri olduğunu göstərir.
Səyahət stressi azaldır
Tədqiqat müəllifləri qeyd edirlər ki, səyahət orqanizmin daxili tarazlığını qorumağa, stressə davamlılığı artırmağa və bərpa proseslərini gücləndirməyə kömək edir.
Profilaktik tibb və uzunömürlülük üzrə mütəxəssis Timoti Dürlerin sözlərinə görə, səyahətlər sağlam qocalmaya müsbət təsir edən bir neçə vacib amili eyni vaxtda birləşdirir:
Fiziki aktivlik, eni təəssüratlar, sosial ünsiyyət, müsbət emosiyalar, istirahət, təbiətdə vaxt keçirmək, beynin fəal işləməsi.
Alimlər vurğulayırlar ki, məhz bu amillərin birgə təsiri səyahəti orqanizm üçün faydalı edir. Bununla yanaşı, onlar xəbərdarlıq edirlər ki, yaxşı təşkil olunmayan, yorucu və stressli səfərlər əks təsir göstərə bilər.
Yeni mühit orqanizmi fəallaşdırır
Araşdırmanın maraqlı nəticələrindən biri də yeni mühitin orqanizmə təsiri ilə bağlıdır. İnsan tanımadığı məkana düşdükdə bədəni ətraf mühitə daha fəal reaksiya verməyə başlayır. Bu isə maddələr mübadiləsini sürətləndirə və orqanizmin özünü bərpa mexanizmlərini aktivləşdirə bilər.
Tədqiqatın müəllifi Fanqli Hu bildirib ki, yeni şərait orqanizmin müdafiə sistemini gücləndirir və toxumaların bərpasına kömək edən hormonların ifrazını artırır. Bununla belə, alimlər qeyd edirlər ki, səyahət qocalmanı dayandırmır. Sadəcə olaraq, orqanizmin sağlam qalması üçün daha əlverişli şərait yaradır.
Hərəkət sağlamlığa müsbət təsir göstərir
Səyahət zamanı insanlar fərqinə varmadan gündəlik həyatdan daha çox hərəkət edirlər. Şəhərlərdə gəzinti, pilləkənlə qalxmaq, dağ yürüşləri, üzgüçülük, baqaj daşımaq və yeni məkanları kəşf etmək fiziki aktivliyi artırır.
Mütəxəssislərin sözlərinə görə, bu cür aktivlik xüsusilə yaşlı insanlar üçün faydalıdır və ürək-damar sağlamlığını qoruyur, əzələ kütləsinin azalmasının qarşısını alır, hərəkət qabiliyyətini yaxşılaşdırır, koordinasiyanı gücləndirir, qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir və maddələr mübadiləsini yaxşılaşdırır.
Təmiz hava və keyfiyyətli yuxu
Səyahət zamanı insanlar adətən daha çox açıq havada olurlar. Gün işığı bioloji saatın normal işləməsinə kömək edir və yuxunun keyfiyyətini artırır. Keyfiyyətli yuxu isə sağlam qocalmanın əsas şərtlərindən biri hesab olunur.
Bundan başqa, müsbət emosiyalar stress hormonu olan kortizolun səviyyəsini azaldır. Bu da ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, depressiya və tənhalıq hissini zəiflədir.
Alimlər xüsusilə təbiətdə keçirilən vaxtın xroniki stressin yaratdığı iltihab, yüksək qan təzyiqi və maddələr mübadiləsi problemlərinin azalmasına kömək etdiyini bildirirlər.
Emosional yenilənmə yaradır
Psixoloqların fikrincə, səyahətin emosional faydaları da az deyil. Mühitin dəyişməsi insanı gündəlik problemlərdən uzaqlaşdırır, həyata fərqli baxmağa imkan verir və əhval-ruhiyyəni yaxşılaşdırır. Hətta gələcək səyahəti gözləmək belə insanda müsbət emosiyalar yaradır.
Səfərdən qayıtdıqdan sonra xoş xatirələr uzun müddət insanın əhvalını yüksək saxlayır. Ekspertlər bildirirlər ki, qonşu şəhərə qısa səfər də, uzaq ölkəyə uzun səyahət də eyni dərəcədə faydalı ola bilər.
Münasibətləri möhkəmləndirir
Səyahətlər ailə üzvləri, dostlar və yaxınlarla münasibətləri daha da gücləndirir. Birgə yaşanan xatirələr insanlar arasında emosional bağlılığı artırır. Mütəxəssislər qeyd edirlər ki, sosial təcrid və tənhalıq yaşlı insanlarda sağlamlıq üçün ən ciddi risk amillərindən biridir.
Beyni daha fəal işləməyə məcbur edir
Səyahət beyni hələ yola çıxmamışdan əvvəl işlətməyə başlayır. Bilet almaq, marşrut hazırlamaq, otel bron etmək və büdcə planlaşdırmaq müxtəlif zehni bacarıqları işə salır. Səfər zamanı isə insan daim yeni məkanlarda istiqamət tapır, qərarlar qəbul edir, müxtəlif problemləri həll edir, xəritə və göstəricilərdən istifadə edir, yeni mədəniyyət və tarixlə tanış olur, fərqli qaydalara uyğunlaşır, dil və ünsiyyət bacarıqlarından istifadə edir.
Bütün bunlar yaddaşı, məkan təfəkkürünü və qərarvermə qabiliyyətini inkişaf etdirir. Alimlər hesab edirlər ki, aktiv səyahət etmək demensiya riskinin azalmasına da kömək edə bilər.
Səyahət uzunömürlülüyün sirri deyil, amma...
Mütəxəssislər vurğulayırlar ki, səyahət qocalmanın qarşısını alan möcüzəvi vasitə deyil. Lakin onun tərkibində elm tərəfindən sağlamlıq üçün faydalı hesab olunan çoxsaylı amillər bir araya gəlir.
Araşdırma müəlliflərinin fikrincə, səyahətin ən böyük üstünlüyü insanın ömrünü mütləq uzatması deyil, həmin ömrü daha sağlam, maraqlı, dolğun və mənalı yaşamasına kömək etməsidir./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 821   Tarix: 01 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

.

Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər

Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır. xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarınd

.

Bu bitki yağı bədəndə iltihabı azaldır

İltihabı azalda və ürək və bağırsaq sağlamlığını yaxşılaşdıra bilən yağlar az da olsa var. xəbər verir ki, kətan yağı ənənəvi olaraq işlədici və yara sağalması üçün istifadə edilən üyüdülmüş və preslənmiş kətan toxumlarında

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yayda ən çox edilən səhv - Kondisionerin yaratdığı təhlükələr

Yay aylarında sərinləmək üçün geniş istifadə olunan kondisionerlər düzgün istifadə edilmədikdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, ani temperatur dəyişiklikləri, quru hava və baxımsız kondisionerlərd

.

Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət

Yay mövsümündə uzun avtomobil səfərləri zamanı uşaqlarda ürəkbulanma və qusma halları tez-tez müşahidə olunur. xəbər verir ki, pediatr Jül Fujer bunun beynin gözlərdən və bədənin hərəkətindən gələn siqnallar arasındakı uyğunsuzluqda

.

Alimlər uşaqlarda boy artımının ləngiməsinin gizli səbəbini aşkar ediblər

Uşaqlarda boy artımının ləngiməsi təkcə qeyri-kafi qidalanma ilə bağlı olmaya bilər. ABŞ-li alimlərin yeni araşdırması göstərib ki, bağırsaq mikrobiomundakı bəzi bakteriyalar hələ ana bətnində olarkən körpənin inkişafın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yayda buzlu su içmək həmişə faydalıdırmı?

İsti havalarda buz kimi soyuq su içmək insanı dərhal rahatlaşdırsa da, mütəxəssislər bunun hər zaman ən yaxşı seçim olmadığını bildirirlər. xəbər verir ki, çox soyuq su susuzluq hissini tez azaldır və insanın kifayət qədə

.

100 yaşa qədər yaşamaq istəyənlər qəhvəni nə vaxt içməlidir? – Mütəxəssisdən tövsiyə

Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner qəhvə istehlakı ilə bağlı maraqlı məsləhətlər verib. xəbər verir ki, onun sözlərinə görə, qəhvədən maksimum fayda əldə etmək istəyənlər bu içkini günün ilk yarısında qəbul etməlidirlər

turlar.az

yemek reseptleri aksessuarlar maskalar balqabaq yagi günün kombini dogum cantasinda ne olmalidir hamileliyin elametleri kosmetika novruza aid hakışta bayatılar qu quşu öpüşme hakiwda