Səyahət zamanı qarşılaşa biləcəyiniz ölümcül risk
Dünyada milyonlarla insanı təsir edən malyariya xəstəliyi, xüsusilə tropik bölgələrdə yenidən artmaqdadır.
Milli.Az xəbər verir ki, yoluxucu xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Bahadır Ceylan tropik bölgələrdən gələn insanlarda malyariya hallarının artdığını vurğulayıb. O, yüksək hərarətlə başlayan xəstəliyin vaxtında müalicə edilmədiyi təqdirdə çoxlu orqan çatışmazlığına və ölümlə nəticələnə biləcəyinə diqqət çəkib.
Malyariya yalnız Afrika və Asiyada deyil, dünyanın bir çox yerində səssiz təhlükə olaraq qalır.
Prof. Dr. Bahadır Ceylan bildirib ki, xəstəlik Anopheles adlı ağcaqanad vasitəsilə yayılır. Bu ağcaqanad bataqlıq, çay və gölməçələrdə çoxalır.
O, qeyd edib ki, hazırda rast gəlinən malyariya halları əsasən tropik bölgələrdən gələn insanlarda aşkarlanır. Xəstəlik 40 dərəcəyə qədər yüksələn hərarət, titrəmə və huşun itirilməsi ilə irəliləyir. Parazitin orqanizmdə yaratdığı güclü reaksiya nəticəsində ürək, ağciyər, qaraciyər və böyrəklərdə çatışmazlıq yarana bilər. Bu səbəbdən tropik bölgələrdən qayıdan şəxslərin simptomlara qarşı diqqətli olmaları vacibdir.
Prof. Dr. Bahadır Ceylan xəstəliyin ilk əlamətləri görünən kimi dərhal müalicəyə başlanılmasının həyati əhəmiyyət daşıdığını bildirib. Əks halda çoxlu orqan çatışmazlığı, şok və ölümcül nəticələr qaçılmaz ola bilər. O, xüsusilə səyahətdən qayıdanların yüksək hərarət və titrəmə kimi simptomlar müşahidə etdikdə dərhal tibbi yardıma müraciət etmələrinin vacibliyini vurğulayıb.
Fidan
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib